Sumqayıtda öldürülən məktəblinin anasından məhkəmədən tələb

Sumqayıtda öldürülən məktəblinin anasından məhkəmədən tələbSumqayıt Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdriilib.
Lent.az-ın xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Qətlə yetirilənin yaxınları prosesin açıq keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, ötən prosesdə telekanallardan birinin prosesi çəkib yayması uşağın anası barədə mənfi rəy yaradıb.
Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlının sözlərinə görə, onlar məhkəmənin açıq keçirilməsinə və çəkiliş aparılmasına etiraz etmirlər:
"Əgər proses çəkilirsə, axıra qədər çəkilsin. Müvəkkilimə qarşı çox ağır ittihamlar irəli sürülüb. Bir sıra həqiqətlərin üzə çıxması üçün çəkiliş istəyirik.
Əgər məhkəmənin hansısa hissəsi çəkiləcəksə, istəmirik. Çəkiliş aparılırsa, bütün proseslər ictimailəşdirilsin. Çünki hadisə ilə bağlı yayılmış qısa video ictimaiyyətin qəzəbinə səbəb olub.
Bu da sonda təqsirləndirilən şəxsə çox ağır ittihamların verilməsi ilə nəticələndi. Amma işin içində ictimaiyyətə məlum olmayan faktlar var.
Elə faktlar var ki, onları ictimaiyyət bilmir. O faktlar açıqlanarsa, məhkəmə prosesi təqsirləndirilən şəxsin xeyirinə həll oluna bilər. Ona görə də bütün proseslərin çəkilməsini istəyirik".
Qətlə yetirilənin anası Aynurə Məlikova isə prosesin qapalı keçirilməsini istəyib: "Bu işdə mənimlə Mehman Xəlilov arasında söhbətlər var. Bu məsələ bizim ikimizə aiddir. Ona görə də istəyirik ki, proses qapalı keçirilsin".
Məhkəmədə yerində müşavirə keçirilib və prosesin qapalı keçirilməsi barədə qərar verib. Məhkəmə heyəti hesab edib ki, cinayət işində Aynurə Məlikova ilə Mehman Xəlilov arasında yazışmalar olub və bu prosesdə şəxsi və ailə məsələləri var.
İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 21-də davam etdiriləcək.
İttihama görə, bu il aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

Sosial       Tarix: 07 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər dunya xeberleri ən son xəbərlər son xəbərlər azərbaycanda