"Sumqayıtda qida anbarlarının yandırılması Rusiyanın xüsusi xidmət orqanlarının işidir" - ŞOK AÇIQLAMA
"Sumqayıtda qida anbarlarının yandırılması birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının işidir".
KONKRET.az xəbər verir ki, bu cür sensasion açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
O bildirib ki, Azərbaycanın Ukraynaya humanitar yardımı faşitsləri hərəkətə gətirib: "Qida təhlükəsizliyi hazırda prioritet kəsb edir. Bu, Moskva tərəfindən Azərbaycana qarşı törədilən qida terrorudur. Təsadüfü yanğın deyil və bu kimi hadisələr siyasi təzyiq aləti kimi istifadə edilir" – Əsədullazadə vurğulayıb.
REAL-ın icra katibi Natiq Cəfərli də Sumqayıtda baş verən hadisəyə münasibət sərgiləyib: "Dünən Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub. Ərzaq konservlərini "Azərsun" şirkəti istehsal edir. Bu gün isə şirkətin anbarlarında böyük yanğın olub – təsadüfdürmü?! Ola bilər, amma əksi də mümkündür. Çox ağır zamanda yaşayırıq. Hökumət də, müxalifət də, sivil toplum və media da məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır" – Natiq Cəfərli fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar