Süni intellekt məşhur dil öyrənmə platformasının minlərlə əməkdaşını işsiz qoydu - FOTO
Süni intellekt məşhur dil öyrənmə platformasının minlərlə əməkdaşını işsiz qoydu - FOTO
Məşhur dil öyrənmə platforması "Duolingo" minlərlə tərcüməçinin ixtisar edilməsinə səbəb olub. Belə ki, "yaşıl bayquş" tərcümə tapşırıqlarını yerinə yetirmək üçün süni intellektə etibar etmək qərarına gəlib.
Bu barədə ixtisara düşən işçilərin sosial şəbəkə paylaşımlarından aydın olub.
Bir istifadəçi, hətta şirkət tərəfindən onlara göndərilən ixtisarın təfərrüatını açıqlayan elektron məktubun ekran görüntüsünü paylaşıb. Məktubdan aydın olub ki, əsas komanda üzvlərinin dördündən ikisi qalacaq, onlar da süni intellektin tərcümələrinin düzgünlüyünə nəzarət edəcəklər.
Qeyd edək ki, dünyanın hər yerində insanlara xarici dilləri öyrədən, həmçinin tərcümələr həyata keçirən "Duolingo" beynəlxalq şirkəti 2011-ci ildə yaradılıb. Hər şeydə qabaqcıl olan şirkət süni intellekti ilk tətbiq edənlərdən biri idi. Əvvəlcə bundan sadəcə istehsal planlarını, tələbələr üçün tapşırıqları, ümumiyyətlə, kiçik şeyləri tərtib etmək üçün istifadə olunurdu, amma belə görünür ki, sonradan şirkət maliyyədə də qənaət etmək qərarına gəlib.
Mənbə: "Lenta dnya" "Telegram" kanalı / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR