Süni intellekt üçün hər ay ödəniş etməyə dəyərmi?

Süni intellekt üçün hər ay ödəniş etməyə dəyərmi?ChatGPT, "Gemini" və "Claude" kimi süni intellekt platformalarının ödənişli versiyalarına uzun müddət abunə olmaq istifadəçilər üçün kifayət qədər xərc yarada bilər. Alternativ olaraq açıq mənbəli modelləri şəxsi kompüterdə işlətmək mümkün olduğu bildirilir.
CHIP nəşri süni intellekt xidmətlərinə aylıq ödəniş etmək əvəzinə yerli sistem qurmağın üstünlüklərini araşdırıb.
Məlumata görə, "ChatGPT Plus", "Google AI Pro" və "Claude Pro" kimi xidmətlərin aylıq ödənişi təxminən 20 dollar təşkil edir. Beləliklə, bir platformaya 5 il ərzində abunə olmaq təxminən 1200 dollara başa gələ bilər. Daha bahalı paketlərdə isə bu məbləğ eyni müddət ərzində 6 min dollara qədər yüksələ bilər.
Alternativ variant kimi açıq mənbəli süni intellekt modellərinin kompüterdə lokal şəkildə işlədilməsi göstərilir. Bu halda modellər internet bağlantısı olmadan istifadə edilə, aylıq abunə və ya istifadə olunan tokenlərə görə ödəniş tələb etməyə bilər. Digər mühüm üstünlük isə məlumatların uzaqdakı serverlərə göndərilmədən cihazın özündə emal edilməsidir.
Lokal sistem qurmaq istəyənlər üçün "DeepSeek-V3/R1", "Google Gemma 4", "Z.ai GLM 5", "Kimi K2.5" və "MiniMax M2.5" kimi modellər mövcuddur. Onların işləmə sürəti və imkanları isə əsasən kompüterin videokartı və operativ yaddaşından asılıdır.
Bu məqsədlə "LM Studio" kimi proqramlardan istifadə etmək mümkündür. Güclü videokart və kifayət qədər RAM-a malik kompüterlər gündəlik suallar, proqramlaşdırma və müxtəlif problem həlli tapşırıqları üçün lokal süni intellekt sistemi kimi istifadə oluna bilər.
Məqalədə süni intellekt üçün xüsusi hazırlanmış mini-kompüterlərə də diqqət çəkilir. Məsələn, GMKtec EVO-T2S kimi sistemlər açıq mənbəli dil modellərini birbaşa cihaz üzərində işlətməyə imkan verir.
Belə qurğular yalnız süni intellekt üçün deyil, həm də ev şəbəkəsində təhlükəsizlik divarı, yaddaş sistemi və ağıllı ev mərkəzi kimi istifadə edilə bilər.
Bununla belə, lokal süni intellekt sistemi hər kəs üçün daha ucuz seçim sayılmır. İlkin mərhələdə güclü avadanlıq almaq ciddi xərc tələb edə bilər. Buna görə də seçim istifadəçinin süni intellektdən istifadə intensivliyindən, məlumatların məxfiliyinə verdiyi əhəmiyyətdən və mövcud kompüter imkanlarından asılıdır.
Beləliklə, uzunmüddətli perspektivdə bir neçə süni intellekt xidmətinə abunə olan istifadəçilər üçün yerli sistem qurmaq aylıq ödənişlərə alternativ ola bilər.
///demokrat.az/// / azxeber.com

Sosial       Tarix: 03 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

30 şagirdli sinif, yoxsa 15? – Hansında təhsil daha keyfiyyətlidir?

Sinifdə şagird sayının çox olması müəllimin hər bir uşağaayırdığı diqqəti azalda bilərmi? Yoxsa təhsilin keyfiyyətini müəyyən edən əsasamil sinifdəki şagird sayı deyil, müəllimin hazırlığı, məktəbin imkanları və tədrismetodlarıdır? 

ASELSAN' Naxçıvanda zavod yaradacaq

Türkiyənin müdafiə sənayesi şirkəti "ASELSAN" Naxçıvanda zavod yaratmağı planlaşdırır. xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün sosial medi

Sabah bu ərazilərində su kəsiləcək

Sabah saat 09:00-dan axşam saatlarınadək magistral su kəməri üzərində aparılacaq tikinti - bərpa işləri ilə əlaqədar Bakının Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a "İri Şəhərləri

Şimşək çaxır, yağış yağır, güclü külək əsir

Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Sarıbaş (Qax), Şəki, Ağstafa

"İşləmir də köhnə Məcəllə" – Natiq Cəfərlidən hökumətə ÇAĞIRIŞ

İqtisadçı Natiq Cəfərli Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər fonunda hökumətə müraciət edib. O, köhnə vergi sisteminin yeni iqtisadi modelə uyğun olmadığını bildirərək daha sadə və işlək Vergi Məcəlləsinin qəbu

Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: "İşimdən oldum, 4 balam çörəksiz qaldı

Bakı sakini millət vəkili Fəzail İbrahimlidən şikayətçidir. xəbər verir ki. -un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb. Dör

Həftəsonu bu 3 bürcün bəxti gətirəcək- PROQNOZ

Həftəsonunun ən şanslı bürcləri açıqlanıb. xəbər verir ki, oktyabrın 3-4-də Balıqlar, Dolça və Əkizlər üçün əlverişli fürsətlərin yarana biləcəyi bildirilir. Həftəlik astroloji proqnoza görə, Balıqlar keçmişdə yarımçıq qalmı

Qazın qiyməti ucuzlaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. KONKRET.azxəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-y

Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb. Bu barədə Palatadan bildirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeber axsam.az xeberler sonxəbər cəbhədən son durum