"Süni qiymət artımı ilə mübarizə aparmaq istəyiriksə, inhisarçılardan başlamalıyıq" - Ekspertdən AÇIQLAMA

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə giriş nitqində bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, son üç ayda inflyasiya 18 faizə qalxıb ki, bu, yüksək rəqəmdir. Prezident qeyd edib ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir.
Maraqlıdır, süni qiymət artımı ilə mübarizə işi necə təşkil olunmalıdır? Bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.
O bildirib ki, açıqlanan rəqəmlər reallığı əks etdirir və inflyasiya göstəriciləri kifayət qədər yüksəkdir:
"Ərzaq qiymətləri indeksi çox yüksəkdir. Dünyada baş verən proseslər və qlobal ərzaq böhranı Azərbaycana da təsir edir. İnflyasiyanın yüksəlməsinin ən böyük səbəbi idxaldan asılılıqdır. Hələlik bu proseslərin səngiyəcəyi gözlənilmir. Əksinə, inflyasiya bir qədər də süərtlənəcək. Ümumdünya Ərzaq Təşkilatının mart ayına olan hesabatında göstərilir ki, təkcə bir ay ərzində qlobal ərzaq qiymətləri indeksi 12,6 faiz qalxıb. Bu, onu deməyə imkan verir ki, gələcək aylarda da bu proses davam edəcək".
Ekspert süni qiymət artımı ilə mübarizə ilə bağlı da danışdı:
"Süni qiymət artımı inhisarçılardan qaynaqlanır. Kiçik mağaza sahibləri, qəssablar, market sahibləri süni qiymət artımı etmir. Süni qiymət artımı inhisarçıların tətbiq etdiyi qiymət siyasətidir. Azərbaycanda inhisarçıların fəaliyyəti haqqında qanun var. Həmin qanunda inhisarçılığın meyarları müəyyən edilib. İqtisadiyyat Nazirliyinin inhisarla mübarizə üçün xüsusi qurumu var. Aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək inhisarçıları müəyyənləşdirməli və onların qiymət qoyması işinə nəzarəti təşkil etməlidir. Mağazalarda beş-on qəpik artımların üstünə düşməklə süni qiymət artımı ilə mübarizə aparmaq olmaz. Bu, əksinə, kiçik sahibkarlığın inkişafına maneə törədir. Əgər, həqiqətən də, süni qiymət artımı ilə mübarizə aparmaq istəyiriksə, inhisarçılardan başlamalıyıq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 14 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber