Surenyanç: "Ermənistanda avtomobili olanlar taksi sürücüsü, olmayanlar isə politoloqdur"

Surenyanç: Ermənistanda siyasi gündəmi şərh edən politoloqların sayı çoxalıb və onlar müxtəlif fikirlər bildirirlər. Bəzən dolayı təhlillərlə cəmiyyəti çaşdıran ekspertlər Ermənistanın gücünü şişirtməyə cəhd göstərsələr də, reallıq fərqli mənzərədən xəbər verir. Politoloqların yanlış yorumları düşmən ölkədə insanları təngə gətirib. Ermənistanın potensialı nəzərə alınmadan müharibəyə hazırlığı cəmiyyətə sırıyan politoloqlar çaşdırıcı "təhlillər" aparırlar. Eyni zamanda, Azərbaycanın hərbi gücünü görməzdən gələn, erməni vətəndaşlarında öz ağıllarıyla "ruh yüksəkliyi" yaradan "siyasi analitiklər"in primitiv açıqlamaları, hər çıxışlarında özlərinin "qədimiliyini" ön plana çıxarmaları erməni politoloqlarının bəsit dünyagörüşünün göstəricidir.
Ermənistanda bu tendensiya davam edir və bəzi politoloqlar vəziyyətdən narahatdır.
Politoloq Suren Surenyançın fikirincə, Ermənistanda adamlar iş tapmayanda politoloq olur:
"Ermənistanda avtomobili olanlar taksi sürücüsü, qalanları isə politoloqdur".
Onun fikirincə, normal təhsil almayan, ömrü boyu siyasi elmlərlə məşğul olmayan adamların siyasi ekspert kimi şərh verməsi xoşagəlməz haldır.
"Bu azmış kimi, daxili məsələləri müzakirə edirlər, bəzən hansısa geosiyasi təhlillər aparırlar. Bəzi politoloqların təhlillərinə ciddi yanaşsaq, deməli, Fransa qoşunları Ermənistan-Gürcüstan sərhədinə yaxınlaşıb və sadəcə, bilmirəm, hava soyuqdur ya ruslardan qorxub Ermənistana daxil ola bilmirlər. Bu, əslində cəfəngiyyatdır və "politoloqların" uydurduqları illüziyadır. Bəziləri elan etdi ki, Fransa bizi silahla təmin edir və ya yaxın gələcəkdə tədarük edəcək, ya bizi təchiz etməyə yaxındırlar, ya da Qərb gəlib bizi xilas edəcək. BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl bəzi insanların təhlilinə baxın. Deyirdilər ki, Azərbaycan artıq məhv edilib", – deyə o bildirib.
Böhtan üzərində mövcud olan erməni cəmiyyəti də artıq yalanlardan bezib. Azərbaycan əleyhinə aparılan təbliğatlarda bəzən gülünc vəziyyətə düşən erməni "politoloqları" nəyin necə şərh etmələrinin bəzən fərqində olmurlar. Aləmi bir-birinə qatan bu ünsürlər nəyin bahasına olursa-olsun Ermənistanın hərbi-siyasi imkanlarının yüksək olmasını qabartmaqla məşğuldurlar.
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 24 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber