Sürücülərin DİQQƏTİNƏ - Bu benzin ucuzlaşır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay "Euro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib. Zavodda 2023-cü ilin may ayında "Euro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlanılıb. 2024-cü ilin iyununda isə BNEZ "Euro-5" standartlarına uyğun avtomobil benzini istehsalına başlamaq planlaşdırılır.
Bəs yerli istehsalın bazara təqdim olunması qiymətlərdə ucuzlaşmaya səbəb ola bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda dünya bazarında neftin qiyməti kifayət qədər aşağıdır və bu səbəbdən Ai-95 markalı benzinin qiyməti də ucuzlaşmalıdır:
"Əslinə qalsa, Ai-95 markalı benzin indi də ucuz olmalıdır, çünki neft 80 dollardır. Biz bu benzini xaricdən alırıq və qiymət 2 manata qalxan zaman dünya bazarında neftin dəyəri 120 dollara yaxın idi. İndi isə neftin qiyməti təqribən 30-40 faiz ucuzlaşıb. Amma bizdə yenə Ai-95 markalı benzin bahadır və bu anlaşılan deyil".
Ekspert Ai-95 markalı benzinin qiymətinin Gürcüstanla eyni olduğunu vurğulayıb:
"Yerli istehsal olduqda isə, ümumiyyətlə ucuzlaşmalıdır. Biz hazırda Ai-95 benzini əsasən Ruminyadan alırıq. Yerli istehsal başlansa bu benzinin qiymətində mütləq şəkildə ucuzlaşma olmalıdır və düşünürəm ki, olacaq. İndiki şəraitdə bizdə Ai-95 markalı benzin aşağı-yuxarı Gürcüstanla eyni qiymətədir. Bu isə anlaşılan deyil. Azərbaycan neft ölkəsidir və yanacaq növlərinin istehsalı üçün yetərincə yüksək imkanlar var".
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir