Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməsi vətəndaşlar üçün böyük çətinlik yaradırdı. İmtahandan kəsilən və ya növbəti mərhələyə qatılmaq istəyən şəxslər hər dəfə yenidən rentgen, laborator analizlər və bütün tibbi prosedurlardan keçmək məcburiyyətində qalırdılar.
azxeber.com xəbər verir ki, qeyd edək ki, bu aktual problem Musavat.com-un da diqqət mərkəzində olub və saytımızda məsələ ilə bağlı silsilə materiallar yayımlanıb. Problemin ictimailəşdirilməsi və vətəndaşların haqlı təkliflərinin gündəmə gətirilməsi istiqamətində hazırladığımız xüsusi reportajları aşağıdakı linklərdən oxuya bilərsiniz:
Məsələnin aktuallığını nəzərə alaraq, Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) rəsmi açıqlama verilib.
TƏBİB-dən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın 5.6.5-ci yarımbəndinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayışı təqdim etməlidir.
Rəsmi cavabda daha sonra qeyd olunur:
"Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.
Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılmış və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib".
Beləliklə, aparılan müzakirələr və ictimai qınaq öz bəhrəsini verib – vətəndaşları vaxt və maliyyə itkisinə salan 30 günlük məhdudiyyət artıq 2 aya (60 günə) qaldırılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Süni tənəffüs aparatına qoşuldu
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?
Bu il qızıl nə qədər ucuzlaşıb?
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib