Şuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTO

Şuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTO06 may 2022-ci ildə Daş Salnamə Muzeyində Bakı Milli Geyim Evi Şuşa ilinə həsr edilmiş "Şuşa 2022 – Qarabağ Geyimləri" Kolleksiyasının təqdimat mərasimini keçirib.
azxeber.com xəbər verir ki, mərasimdə millət vəkilləri, modelyerlər, KİV rəhbərləri, media və ictimaiyyətin digər nümayəndələri iştirak edib. Təqdimat mərasimini açıq elan edən sənətşünas-aparıcı Xəyalə Rəis qonaqları salamladıqdan sonra dəfilə iştirakçılarını podiuma dəvət edib.
Qarabağla bağlı musiqilərin sədaları altında gənc modelyerlər bir-birinin arxasınca podiuma daxil olub xüsusi zövqlə hazırlanmış, qədimliklə müasirliyi özündə ehtiva edən milli geyimləri, örtükləri, araqçınları, ləbbadələri nümayiş etdiriblər.
Kişilər üçün hazırlanmış Qarabağ geyimləri Cəngi sədaları altında Qələbənin möhtəşəmliyini öz çalarları ilə daha qabarıq göstərirdi. Şuşa qələbəsinə həsr edilmiş, xüsusi hazırlanmış nəfis tərtibatlı ağ milli geyim hər bir Azərbaycan xanımının arzusunda olduğu formada hazırlanıb. Dəfilədəki təqdimatların gurultulu alqışlanması iştirakçıların kolleksiyada təqdim edilən bütün geyimlərdən razı qalmalarından xəbər verirdi.
Tanınmış modelyer Fəxriyyə Xələfova və millət vəkili Aydın Mirzəzadə çıxış edərək uğurla baş tutan, anşlaqla qarşılanan Kolleksiya təqdimatı üçün Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylini təbrik edərək, müasir dövr üçün Qarabağ geyimlərinin önə çəkilməsinin vacib olduğunu vurğulayıblar.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli gələn qonaqlara təşəkkür edərək bildirib ki, Qələbə xəbərini Parisdə göz yaşları ilə eşidən gündən Şuşa geyimləri, Qarabağ geyimləri Kolleksiyası hazırlayaraq təqdimat etməyi qarşıya məqsəd qoyub. Parçaları və geyimlərin aksessuarlarını xaricdən seçərək gətirdiyini, bu kolleksiyanın heç də asan başa gəlmədiyini vurğulayan Könül xanım əziyyətin bəhrəsinin bəyənilməsindən şad olduğunu, növbəti Qarabağ Geyimləri Kolleksiyasını Şuşada keçirmək arzusunu bildirib. Şuşa ilinə həsr edilmiş Bakı Geyim Evi "Şuşa 2022 – Qarabağ Geyimləri" Kolleksiyasının təqdimat mərasimi sonda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Şuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTOŞuşa 2022 - Qarabağ Geyimləri' Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTO

Sosial       Tarix: 08 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cebheden xeberler novruz bayramı xeber