Şuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTO

Şuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTOŞuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTO
İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri də çavuş Mirzəyev Orxan Mehman oğludur.
1993-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olan qəhrəmanımız O.Mirzəyev barədə Oxu.Az-a onun əmisi oğlu Bilal Mirzəzadə məlumat verib.
Şuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTOO bildirib ki, O.Mirzəyev müharibənin ilk günlərindən ön cəbhəyə gedənlərdən olub:
"Əmim oğlu Orxan döyüşə gedəndə ailəsi, sevdikləri ilə vidalaşdı. İlk olaraq, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları bizə Orxanın mərdliyindən, cəsarətindən danışıb. Füzulidən sonra Şuşa uğrundan gedən döyüşlərə qatılıb və döyüş yoldaşları ilə birgə torpaqlarımızı düşmənlərdən təmizləyib".
"Sonuncu dəfə ailəsi ilə oktyabrın 29-da danışıb"
Şuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTOB.Mirzəzadə deyir ki, şəhid çavuş O.Mirzəyev 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmətdə olub:
"Orxan çox vətənpərvər idi. Hərbi hissədə hər kəs onun igid, qorxmaz olduğundan danışırdı. Ailəsi ilə çox əlaqə qura bilmirdi. Amma onun barəsində bizə döyüş yoldaşları məlumat verdi. Şəhid olduğunu da bizə dostu xəbər vermişdi. Birinci inanmadıq, yanlışlıq olduğunu düşündük.
Müdafiə Nazirliyinə müraciət etdik, məlumat almaq istədiyimizi dedik. Təəssüf ki, rəsmi olaraq Orxanın şəhid olduğu təsdiqləndi. Nişanlı idi, ailəsi toyuna hazırlaşırdı. Əmim oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Şuşa uğrunda şəhid olan çavuşun qohumu: "Ailəsi toyuna hazırlaşırdı" - FOTO27 yaşlı şəhid çavuş Orxan Mirzəyev noyabrın 10-da doğulduğu rayonda torpağa tapşırılıb.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, çavuş Orxan Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Könül Cəfərli

Sosial       Tarix: 21 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler