"Şuşa və Ağdama avtobus reyslərin təşkili investisiyaların təşviqi üçün əhəmiyyətli ola bilər" - AÇIQLAMA

"Şuşa və Ağdama avtobus reyslərin təşkili investisiyaların təşviqi üçün əhəmiyyətli ola bilər" - AÇIQLAMA
"Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin açılması potensial investorlara regionun iqtisadi potensialını dəyərləndirmək imkanı verəcək".
Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qısa zaman kəsiyində mümkünsüz görünənləri reallaşdıra bilib: "İşğaldan azad olunmuş torpaqların bərpası ölkə başçısı tərəfindən elə ilk gündən prioritet olaraq müəyyən olundu. Bundan dərhal sonra həmin ərazilərdə intensivlik baxımından bu günə kimi misli görülməyən yenidənqurma işlərinə start verildi. Burada vacib məqam nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası idi. Yeni yolların salınması, mövcud olanların bərpası, hava limanlarının tikintisi istiqamətində genişmiqyaslı işlər görüldü və bu gün də görülməkdədir. Nəticədə ötən ilin noyabrında Füzuliylə Şuşanı birləşdirən "Zəfər yolu" istismara verildi, yeni tikilən Füzuli hava limanı artıq hava gəmilərini, o cümlədən xaricdən gələn təyyarələri qəbul edir. Son olaraq İran nümayəndə heyətini Azərbaycana gətirən təyyarə Tehrandan birbaşa olaraq Füzuli hava limanına eniş etdi".
Ekspert hesab edir ki, həmin ərazilərə müntəzəm avtobus reyslərinin açılması birmənalı şəkildə bir sıra iqtisadi dividendlər vəd edir: "Əvvəla insanların ata-baba yurdlarını, əjdadlarının uyuduğu torpaqları görmək istəyini nəzərə alsaq, həmin reyslərə yüksək tələbatın olacağını demək olar. Nəqliyyat sektorunun rəqəmsallaşması sahəsində aparılmış işlərin nəticəsi olaraq sərnişinlər bu gün biletləri evdən çıxmadan onlayn formada sifariş etmək imkanına malikdirlər. Bu, biletlərin əlçatanlığını artırmaqla satışların həcminə müsbət mənada təsir edə bilər. Eyni zamanda burada müştəri məmnunluğu da vacibdir. Belə ki, səfərlər komfortlu və təhlükəsiz səyahəti təmin edən avtobuslarla həyata keçirilir ki, bu da tələbin stimullaşdırılması baxımından əhəmiyyətli olacaq. Bütün bu faktorların həmin marşrutlar üzrə sərnişindaşımanın rentabelliliyinə böyük töhfəsi ola bilər. Bu gün Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin tempini nəzərə alsaq yaxın gələcəkdə belə səfərlərin arealının xeyli genişlənəcəyini ehtimal etmək olar. Bu isə potensial investorlara Qarabağın iqtisadi potensialının qiymətləndirilməsi üçün geniş imkanlar verəcək".
Qeyd edək ki, bu il yanvarın 24-dən etibarən Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Bakı ilə yanaşı, Füzuli və Bərdədən həyata keçiriləcək səfərlərdə iştirak etmək istəyənlər biletləri www.yolumuzqarabaga.az portalından almalıdırlar.
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə dörd dəfə, digər istiqamətlərdə isə həftədə iki dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.
Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır. /oxu.az

Turizm       Tarix: 28 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az son xeberler az gunun xeberleri hava durumu