Şuşa və Ağdamda yeni mehmanxana layihələri icra olunur - AÇIQLAMA

Şuşa və Ağdamda yeni mehmanxana layihələri icra olunur - AÇIQLAMAŞuşa və Ağdamda yeni mehmanxana layihələri icra olunur - AÇIQLAMA
Şuşa şəhərində və Ağdam rayonunun bəzi ərazilərində yeni mehmanxana layihələrin icrasına başlanılıb, bəzi layihələr isə yekunlaşıb.
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinim Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.
O qeyd edib ki, bu aspektdə dövlət-özəl sektor əməkdaşlığı vacibdir:
"Biz hesab edirik ki, ümumiyyətlə, regionda hədəfə çatmaq üçün investorlarla, sahibkarlarla işləməyə ehtiyac var. Dövlət onlara təşviqlər verməlidir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi və əlaqədar qurumlarla işləyirik. Çalışırıq ki, turizm üçün maksimum iqtisadi təşviqləri cəlb edə bilək. Həmin təşviqlər əsasən vergi və icazə ilə bağlı ola bilər. Digər bir yanaşmamız sırf mehmanxana infrastrukturunun qurulması ilə bağlıdır. Məqsədimiz turizm və rekreasiya zonalarının yaradılmasıdır. Agentlik ərazilər müəyyən edib. Həmin ərazilərin gələcəkdə turizm və rekreasiya zonaları kimi elan edilməsi, oralara dövlət-özəl sektor əməkdaşlığı əsasında investorların cəlb edilməsi nəzərdə tutulur".
Turizm rəsmisinin sözlərinə görə, turistlərin yerləşdikdən sonra əlavə məşğuliyyətləri də diqqət mərkəzindədir:
"Bu baxımdan Agentlik bir neçə infrastruktur layihəsi icra etməkdədir. Bunlar Suqovuşanda göl qırağında parkın yaradılması, turizm informasiya mərkəzinin tikilməsi, eyni zamanda Tuğ və Daşaltı kəndlərində turizm infrastrukturunun qurulması, həmçinin Şahbulaq qalasının turizm nümayiş obyekti kimi inkişaf etdirilməsidir. Eyni zamanda bölgə ilə bağlı turizm məzmununun başa düşülməsi, həmin məzmun əsasında turizm məhsullarının yaradılması bizim üçün əsas məsələdir. Bu istiqamətdə yolumuz bir növ Qarabağda turizm marşrutlarının yaradılması, Ağdam rayonunda turizm marşrutlarının hazırlanması və onların işarələnməsi, eyni zamanda digər bu tipli sırf tur lahiyələrinin tamamlanmasıdır. Hesab edirəm ki, bölgəyə turistlərin səfərlərinin təhlükəsiz şəkildə təşkili ilə bağlı bir mexanizm yaransa, turistləri cəlb edəcək müəyyən məhsullar artıq yaradılıb, yəni dövlət olaraq bu prosesə hazır vəziyyətdəyik. Amma eyni zamanda, kütləvi turizm üçün mehmanxana infrastrukturunun hazırlamasına ehtiyac var və bu istiqamətdə də investorlarla işləməliyik. Bu işdə onlara kömək etməyə hazırıq". / oxu.az

Turizm       Tarix: 19 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler bugun sonxəbər son xeberler az