"Şuşa və Laçın ətrafına terror hücumu ola bilər" - XƏBƏRDARLIQ

Ermənistanda parlament müxalifəti etiraz aksiyalarının yeni taktikasını açıqlayıb. Bu haqda "Müqavimət" hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan anons verib. Onun sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var.
KONKRET.az-ın məlumatına gör, müxalif siyasətçi qeyd edib ki, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, yalnız qüvvələri səfərbər etmək qalır. Bundan başqa, İ.Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq.
Sitat: "Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq".
Tanınmış rusiyalı politoloq Maksim Şevçenko isə Oxu.az-a deyib ki, razılaşmaların ləğv edilməsi çox yüksək ehtimalla mümkündür: "Ermənistan müxalifəti ilk növbədə Moskvada müəyyən nüfuzlu qüvvələrlə əlaqəli olan Qarabağ klanına arxalanır". Şevçenkoya görə, Azərbaycan cəmiyyətinin Ukrayna ilə bağlı dəstək mövqeyindən Rusiyada erməni lobbisinin təsiri altında qüvvələr Bakıya qarşı istifadə edir: "Və bu müəyyən qüvvələr İrəvanda Paşinyanı devirmək və Qarabağ razılaşmalarından imtina etmək istəyən qüvvələrlə bağlıdır. Bu isə Azərbaycana təzyiq etmək üsullarından biridir".
Politoloq deyib ki, Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi ehtimalı olduqca yüksəkdir və bu qüvvələrin arxasında Moskva dayanır:
"Mən azərbaycanlılara bu məsələyə çox ciddi yanaşmağı təklif edirəm. Ancaq bunun açarlarını və köklərini Moskvada axtarın. Heç bir erməni müxalifəti yoxdur ki, təkbaşına hərəkət etsin. Onların hamısı Moskvada geosiyasi hibrid müharibəsi üzrə tapşırıqları həyata keçirən, Azərbaycana təzyiq göstərən müəyyən qüvvələrdən əmr və resurslar alır. Aydındır ki, heç bir müharibə tələb olunmayacaq. Amma təsəvvür edin ki, on terror qruplaşması yarana bilər ki, bunlar da Şuşaya – Azərbaycanın Laçının ətrafında çəkdiyi yola və s. hücumlar təşkil edə bilər. Bu, Ermənistan ordusu ilə toqquşmadan qat-qat təhlükəli olacaq".

Siyasi       Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026