Şuşada keçirilən Qurultay dünya mətbuatında

Şuşada keçirilən Qurultay dünya mətbuatındaAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və Zəfər Qurultayı adlanan bu tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının da diqqət mərkəzindədir.
KONKRET.az xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti vurğulanır.
Qeyd edilir ki, bu Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənəşdirilib. Həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib.
Qardaş Türkiyənin Anadolu Agentliyi, "TRT AVAZ", "Haber Global", "TRT Haber" və digər telekanallar, "Sabah", "Hüriyyət" və s. qəzetlər, "aksam.com", "sondakika.com", "cumhuriyet.com" və digər media qurumları tərəfindən yayılan məlumatlarda Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqində səslənən fikirlərə geniş yer verilib. Həmçinin Zəfər Qurultayı barədə videomateriallar və fotolar təqdim olunub. Prezident İlham Əliyevin Ermənistana növbəti dəfə sərt xəbərdarlığı başlıqlarda yer alıb.
İnformasiyalarda, həmçinin qeyd olunub ki dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynayacaq.
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri də Zəfər Qurultayını geniş işıqlandırıblar. "Askanews", "Yahoo Notizie", "Kmetro0", "Agenzia Nova" kimi mətbuat orqanlarında dərc edilən yazılarda Azərbaycan Prezidentinin qurultaydakı geniş nitqindən sitatlar verilib. "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir" – Prezident İlham Əliyevin Qurultayın Qarabağda keçirilməsinin əhəmiyyətini şərh edən bu fikirləri xüsusi vurğulanıb.
Azərbaycan Prezidentinin nitqində erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etdiyi, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyünü, Şuşada keçirilən Qurultayın böyük tarixi mənası olduğunu və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirlərinə ərəb mediasında geniş yer verilib. Bununla bağlı xəbərlər AZƏRTAC, "Reuters" və "İntefaks" agentliklərinə istinadla yayımlanıb.
Misirin "Cairo24" portalı və "Asiaelyom" agentliyi dövlətimizin başçısının çıxışından əsas məqamları işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb, həmçinin Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq edib.
Prezident İlham Əliyevin Qurultaydakı nitqində diqqət çəkən vacib məqamlar Birləşmiş Ərəb Əmirliklərinin "Əl İttihad", Küveytin "Bobian" qəzetlərində, həmçinin Livanın "IMLebanon", "SouBeyrut" və "Əl Nasra" portallarında yayımlanan xəbərlərdə geniş əksini tapıb.
Gürcüstanın "24news.ge", "aktual.ge" və "interpress.ge" portallarında Azərbaycan Prezidentinin Qurultaydakı çıxışından seçmələr ingilis, rus və gürcü dillərində yayımlanıb. Xəbərlərdə Prezident İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində görülən işlər, Gürcüstanda yaşayan soydaşlarımızın 44 günlük Vətən müharibəsindəki roluna verdiyi yüksək qiymət barədə fikirləri oxucunun diqqətinə çatdırılıb.
Dövlətimizin başçısının nitqindən gətirilən sitatların birində deyilir: "Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq". Azərbaycan lideri məhz buna görə ordu quruculuğunun sürətlə aparıldığını, müasir ordu yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə, öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır və heç vaxt işğalla barışmaq fikrində deyil.
Moldovanın "Tribuna", "Noi", "TV 8" xəbər portallarında yayılan məqalələrdə Prezident İlham Əliyevin nitqinə istinadla qeyd olunur ki, Minsk qrupu faktiki olaraq 2019-cu ildən iflic olub. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup heç bir nəticə əldə etməmişdi. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı.
Bundan əlavə, dərc olunan materiallarda dövlətimizin başçısının Ermənistandakı revanşist qüvvələrə xəbərdarlığı, sülh müqaviləsi imzalanmasının Ermənistan üçün son şans olduğu barədə fikri də xüsusi vurğulanıb: "Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".
Rumıniyanın "News24hours" xəbər portalı və "Ultima Ora" qəzeti, Yaponiyanın "Ajmedia" portalı, həmçinin "Caspian, Caucasus an Black Sea" (https://ccbs.news/), "turktoday.info" saytları Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların V Qurultayındakı nitqinin tam mətnini yayıblar.
"ccbs.news" portalında Prezident İlham Əliyevin "Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq", "Ermənistanın uydurduğu mifologiyanın məhv edilməsi", "Şuşanın ermənilər üçün yad şəhər olması", "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı" ilə bağlı fikirləri oxucuların diqqətinə xüsusi çatdırılıb.

Siyasi       Tarix: 24 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqla

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsind

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Heydər Əliye


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər bugün metbuat xeberleri xeber saytlari en son xeberler