Şuşada rəsm sərgisi - FOTO
Şuşada rəsm sərgisi - FOTO
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilib. Sərginin açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev mədəniyyət paytaxtımızda keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva isə bildirib ki, bənzər tədbirlər Azərbaycan-ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olduqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.
Gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi "Şuşa, sən azadsan!" adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.


Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR