Şuşanı içməli su ilə təmin edəcək alternativ mənbə müəyyən olunub
"Şuşa işğaldan azad olunduqdan sonra qısa müddətdə Kiçik Kirs və Zarıslı mənbələrinin suqəbuledici qurğularında və magistral kəmərlərdə bərpa işləri aparılaraq şəhərə suyun verilməsi təmin edilib, paylayıcı şəbəkələrdə tənzimləmə işləri görülüb".
KONKRET.az xəbər verir ki, bu fikirlər Şuşanın içməli su təchizatı sistemin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə keçirilən təqdimat mərasimində bildirilib. Bildirilib ki, ötən ilin sonlarında şəhərin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib. O da diqqətə çatdırılıb ki, layihə çərçivəsində şəhər ərazisində 2 su anbarı və şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.
Qeyd edilib ki, mövcud Kiçik Kirs və Zarıslı mənbələrindən istifadə ilin müəyyən dövrlərində tələbatı ödəməyə bilər. Buna görə də alternativ mənbə olaraq Zarıslı çayının su ehtiyatlarından istifadə olunması planlaşdırılır. Bu məqsədlə çayın Şuşa şəhərinə yaxın hissəsində suqəbuledici qurğunun və nasos stansiyasının tikintisi üzrə tədqiqat işləri planlaşdırılır.
İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var