Şuşanın loqosu üçün müsabiqə elan edildi

Şuşanın loqosu üçün müsabiqə elan edildiAzərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi loqotip dizaynı müsabiqəsi elan edir.
İdarədən Azxeber.com-a verilən məlumata görə, müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.
Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdırlar.
Müsabiqə şərtləri aşağıdakılardır:
- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.
- Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.
- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.
- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.
- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.
- Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər [email protected] ünvanına göndərilməlidir.
- Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.
Qalib loqotip dizaynının müəllifləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq I yer üçün 3000 AZN, II yer (laureat) üçün 2000 AZN, III yer (laureat) üçün 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.
Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər. Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yekun dəyişikliklər etmək hüququ var.

Sosial       Tarix: 10 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler son.xeber son xabarlar cəbhədən son vəziyyət