Tacikistan Əfqanıstanla sərhəddəki postlarının sayını ARTIRDI
"Taliban" hökumətinin tanınması məsələsində Tacikistanın mövqeyi dəyişməz və sabitdir.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xayriddin Usmonzoda deyib.
Onun sözlərinə görə, "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən və bu ölkədən təhdidləri artırdıqdan sonra Tacikistan sərhəd nəzarətini gücləndirib və postlarının sayını 100-dən çox artırıb.
Belə ki, "Taliban" 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Tacikistan hökuməti sərhədyanı ərazilərdə təhlükənin artmasından narahatlığını bildirir və bir çox terrorçu qrupların qonşu ölkənin ərazisində cəmləşdiyini deyir.
Qeyd olunub ki, Tacikistan tərəfi bundan əvvəl Əfqanıstanla sərhəddə bir neçə yeni sərhəd zastavasının tikintisi barədə məlumat verib.
Bu ilin qışında Şəmsiddin Şoxin (keçmiş Şuroabad) rayonunun rəhbəri bildirib ki, iki ölkə arasında sərhəddə nəzarətinin gücləndirilməsi 12 kilometr məsafədə aparılıb.
Həmçinin Xayriddin Usmonzoda ölkənin "Taliban"a qarşı mövqeyinə bir daha aydınlıq gətirib və bunun dəyişmədiyini, lakin iqtisadi münasibətlərin olduğunu bildirib:
"Bu ölkəyə yaxınlığımızı nəzərə alaraq, iqtisadi əməkdaşlığı dayandırmayacağıq. Çünki Əfqanıstan xalqının Tacikistan tərəfindən dəstəklənməsi ilk növbədə iqtisadi əməkdaşlığın gücləndirilməsindən asılıdır. Tacikistan bütün nəqliyyat dəhlizlərini qonşu dövlətlərin və bu ölkəyə humanitar yardım göstərə biləcək beynəlxalq təşkilatların sərəncamına verib. Lakin siyasi münasibətə gəlincə, "Taliban"la bağlı Tacikistanın mövqeyi dəyişməz və sabitdir".
Tacikistan hakimiyyəti daim vurğulayır ki, Əfqanıstan xalqına dəstək olmaq və bu ölkə ilə humanitar yardım göstərmək üçün onların yalnız ticarət əlaqələri var.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi