Tacikistanda Ümummilli Liderin 100 illik yubileyi və Zəfər Günü qeyd olundu

Tacikistanda Ümummilli Liderin 100 illik yubileyi və Zəfər Günü qeyd olunduAzərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
KONKRET.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştikarçılarına Ulu Öndər Heydər Əliyev haqqında məlumat verərək, Ümummilli Liderin Azərbaycanın müasir tarixinin simvoluna çevrildiyini bildirib.
O, Ulu Öndərin fədakarcasına xidmət etdiyi ölkədə güclü dövlət yaratdığını, 44 günlük müharibə zamanı bütün dünyanı heyran edən müasir Azərbaycan Ordusunun əsasını qoyduğunu vurğulayıb.
Səfir üç il əvvəl Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyduğunu bildirərək qeyd edib: "Zəfər Gününün builki ildönümü həm də ona görə əlamətdardır ki, Azərbaycan sentyabrın 20-də 23 saat davam edən antiterror tədbirlərinin yekunları nəticəsində bütün ölkə ərazisində tam suverenliyini təmin etdikdən sonra keçirilir.
Qarabağın tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən diplomat əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaq olduğunu bildirib.
Azərbaycanın öz ərazilərini azad etməsinə baxmayaraq, hələ də erməni işğalının mənfi nəticələri ilə mübarizə apardığını, tamamilə dağılmış infrastrukturun və ekosistemlərin bərpasının uzun illər və xeyli vəsait tələb etdiyini deyən səfir tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, Azərbaycana mina problemini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dollarından çox vəsait lazımdır.
Daha sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı hesabına əldə edilən şanlı Qələbəmizdən bəhs edən qısametrajlı sənədli filmlər nümayiş olunub.
Tacikistanda tanınmış Azərbaycan və tacik mahnılarının ifaçısı Rüstəm İsoyev Azərbaycan mahnılarını ifa edib, milli musiqimiz səsləndirilib və Tacikistanın rəqs qrupu tərəfindən milli rəqslərimiz ifa olunub.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

Siyasi       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər