Tahir Kərimli: "İstənilən vəzifədən bir an içində asanlıqla istefa verərəm"

Tahir Kərimli: "Ad günümdə məni yaxınlar, qohumlar təbrik etdi. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri hörmətli Zahid Oruc status paylaşmışdı, yüksək qiymət vermişdi. Deputatlar da bilib, təbrik etdilər. Adımı daşıyan nəvəm Tahir nitq söylədi ki, babam, həmişə sənin adına layiq nəvə olacağam, çalışacağam, Tahir Kərimli adını doğruldum".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında ötən gün 68 yaşını qeyd edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Bizim arzularımız sonsuzdur. 22 yaşımda "Mənim kredom" əsərini yazmışdım. Əsərdə öz istəklərimi ifadə etmişdim. O zamanlar kommunizm nəzəriyyəsinə inanırdım. Deyirdim ki, dəllallar dili parçalayır, kommunist kitabını pozurlar. Ürəyimdə əsl ədalətli cəmiyyət quruculuğu, vahid Azərbaycan idealı var idi. Əlbəttə, demokratik, hüquqi dövlət, təmiz cəmiyyət qurmaq həmişə istəyim olub. Ömür boyu bununla mübarizə aparmışam. Təvazökarlıqdan kənar olsa da, demək olar, Azərbaycanda rayon rəhbərləri, hakim, prokuror, rəis və digər vəzifəlilər içində yeganə adamam ki, birbaşa Xalq Cəbhəsinin üzvü, təəssübkeşi, fəalı olmuşam. Azərbaycan tarixində yeganə hakim olmuşam ki, eyni zamanda Ali Sovetin deputatı seçilmişəm. Bu, xalqın mənə verdiyi qiymətdir. Buna görə sonsuz minnətdaram. Həmişə ürəyimdə o ideallar var. İndi də Azərbaycanın bütövlüyü, müstəqilliyi naminə demokratik, ədalətli, korrupsiyadan uzaqlaşmış dövlət qurmaq arzum var. Mübarizəmi kəsmirəm. Dünyada mənim qəlbimi Vətənimdən, dövlətimdən, xalqımdan, haqq-ədalət istəyimdən kənar sala biləcək heç bir qüvvə yoxdur. Necə ki o zaman Ali Məhkəmənin sədri vəzifəsindən istefa verdim. İstənilən vəzifədən bir an içində asanlıqla istefa verərəm, amma heç vaxt sınmaram. Ölərəm, kiminsə qarşısında sınmaram. Haqqı deyirəm. İqtidar barədə də xoş söz deyirəmsə, onun haqqını deyirəm. Heç vaxt pisə "yaxşı", yaxşıya "pis" demirəm. Bu yaşımda da, ömrüm boyu da bu arzumu həyata keçirmək istəyəcəm. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçicilərimin, xalqımın mənafeyini həmişə qoruyacaq, bunun üçün gücüm çatan qədər mübarizə aparacağam. Eyni zamanda Vəhdət Partiyasının sədriyəm. Partiyam mərkəzçi mövqedədir və onu da yaşatmalıyam. Xalqıma uğurlar arzulayıram. Gördüm ki, "TikTok"da bir xanım paylaşım edib, 17 mindən çox baxış olub, bəyəniblər, 500-dən çox şərh yazıblar. Hamısına minnətdaram. Sosial şəbəkələrdə haqqımda xoş, gözəl söz yazan hər kəsə təşəkkür edirəm. Çalışaram ki, xalqımın istəyini doğruldum", – deputat bildirib.

Siyasi       Tarix: 06 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun