Taksilərdə qiymət artımı - "birmanatlıq"lara da taksometr quraşdırılacaq? - Rəsmi cavab

Taksilərdə qiymət artımı - "Avtomobil nəqliyyatı haqqında" qanunda edilmiş dəyişikliklər oktyabr ayının 1-dən etibarən tətbiq ediləcək. Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.
Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz "1 manatlıq" taksilərin aqibəti necə olacaq?
Bu taksilərə də tariflərin müəyyənləşməsi üçün taksometr quraşdırılacaq?
Məsələ ilə bağlı Bizim.media-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub:
"Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlar həyata keçirilir.
İlk növbədə qanunvericilik bazası təkmilləşdirilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq".
Qurum rəsmisi qeyd edib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.
"Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda taksi minik avtomobillərində taksometrin quraşdırılması ilə bağlı tələb daha da sadələşdirilib.
Uzun illər qüvvədə olan qanunvericilikdə taksi minik avtomobillərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub.
Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik isə taksi sürücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində taksometr və ya bu cihazın funksiyasını yerinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib.
Yəni məsafəyə uyğun gediş haqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksometrin quraşdırılmasına ehtiyac yoxdur". / azxeber.com

Sosial       Tarix: 17 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler cəbhədən son vəziyyət sou xeberler bugun ən son xeberler