Taleh Ziyadov: 'Gübrə terminalı 2022-ci ildə istismara veriləcək

Taleh Ziyadov: 'Gübrə terminalı 2022-ci ildə istismara veriləcək"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib.
Bu barədə "Report"a Bakı Limanından bildirilib.
Qeyd edilir ki, Taleh Ziyadov Xəzər Siyasət Mərkəzi ("Caspian Policy Center") tərəfindən təşkil edilən V Transxəzər Forumunun "Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf" adlı panel müzakirəsində çıxış edib. T.Ziyadov qeyd edib ki, Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaq və 2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu investisya qərarının verilməsinə səbəb Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etməkdən ibarətdir. Beləki, Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.
2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan, 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanın yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq.
Eyni zamanda limanın məqsədləri barədə danışan baş direktor "Həm yaşıl, həm də rəqəmsal bir tədarük zənciri yaratmalıyıq - bu, növbəti on ildə qarşımızda duran əsas vəzifədir. Düşünürəm ki, bu, Amerika biznesinin də böyük rol oynaya biləcəyi sahələrdən biridir", - deyə bildirib. Şərq-qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşən Xəzər dənizinin böyük potensialının olduğunu vurğulayan T.Ziyadov qeyd edib ki, hazırda Bakı Limanının yükaşırma imkanı 100 000 TEU konteyner olmaqla, illik 15 milyon tondur ki, ehtiyac yarandığı təqdirdə limanın ikinci fazasının inşası ilə bu göstərici 500 000 TEU konteyner olmaqla illik 25 milyon tona çatdırılacaq.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı Limanında 4,8 milyon tondan çox yük aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 20% lik artım deməkdir. Bu ilin birinci rübündə isə ümumi yükaşırma göstəricisi 1,4 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % lik artım deməkdir.

Sosial       Tarix: 10 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber en son xeberler bu gun son xeber az iqtisadiyyat xeberleri bugun