Tanınmış aparıcı: "TikTok" Azərbaycanda bağlanmalıdır" - FOTO

Tanınmış aparıcı: Tanınmış aparıcı: "TikTok" Azərbaycanda bağlanmalıdır" - FOTO
"Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik".
Bu sözləri "Yeni Sabah"a tanınmış aparıcı Yusif Ağayev bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir:
"Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyirlər. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir".
Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, "TikTok" sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir:
"Birmənalı şəkildə bildirirəm ki, "TikTok" Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. "TikTok"a əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri var, paylaşılmalı, göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur".
Tanınmış aparıcı: / oxu.az

Şou Biznes       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Elşad Qarayevin vəsiyyəti nədir?

Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb. Sənətçi bu barədə "Bir gün" verilişində danışıb. "Hər dəfə rayona gələndə qardaşlarımın məzarını ziyarət edirəm. Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin d

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq

Tanınmış rejissor Karl Rinş "Netflix" şirkətinin 11 milyon dollar vəsaitini mənimsədiyinə görə 2 il 6 ay azadlıqdan məhrum edilib. xəbər verir ki, sözügedən vəsait "Ağ at" adlı serialın istehsalına ayrıls

63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO

Rusiyalı 63 yaşlı müğənni Qriqoriy Lepsin görünüşündəki dəyişiklik diqqət çəkib. Rusiya mətbuatına istinadən xəbər verir ki, onun plastik əməliyyat etdirdiyi iddia olunub. Sənətçinin yeni görünüşündən sərt çənə ovalı, bleferoplastik

Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər

Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək. xəbər verir ki, bu barədə "Avroviziya"nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə yarışmay

Deniz Akkaya saxlanıldı

Keçmiş model Deniz Akkayanın polis tərəfindən saxlanıldığı bildirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Akkayanın yaşadığı evdə tez-tez gərginlik yaratması olub. Məlumata görə, o, ötən axşam evdə dost

50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalaro

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün son.xabar az xeber xankendi