Tanınmış bloqer sosial şəbəkələrdən "öldüyünü" öyrəndi - VİDEO
Tanınmış bloqer sosial şəbəkələrdən "öldüyünü" öyrəndi - VİDEO
"TikTok" bloqer Amelyun Nguyen "Instagram" və "Twitter"dəki paylaşımlardan amerikalı reper Trevis Skottun konsertində "öldüyünü" öyrənib.
Sidneydən olan 17 yaşlı bloqer öz hesabından sosial şəbəkədə onun konsertdə öldüyü ilə bağlı mesajları paylaşıb.
"Yuxudan oyandım və dünyanın məni ölmüş elan etdiyini öyrəndim", - deyə qız bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə qızın adı və soyadı qeyd edilib, fotoları da dərc edilib. Çoxları Nguyenin yaxınlarına da başsağlığı verib.
"Qəbri nurla dolsun. O, Astro festivalında öldü", "Qızınızın öldüyünü bilirəm. İtkiniz üçün çox təəssüflənirəm", - deyə istifadəçilər onun haqqında yazıblar.
Bloqer onun haqqında feyki kimin yaydığını bilmədiyini və paylaşımların müəllifləri ilə tanış olmadığını deyib.
Qeyd edək ki, noyabrın 5-də "Astroworld" festivalının açılışı zamanı faciə yaşanıb. Belə ki, konsert zamanı yaranan basabasda 9-27 yaşlarında 10 nəfər həyatını itirib, 300-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.




Mənbə: BuzzFeed
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR