TAP Avropada rəqabətqabiliyyətli qaz bazarının formalaşmasını təmin edəcək - Norveç şirkəti
Trans-Adriatik boru kəməri (TAP) Avropada rəqabətqabiliyyətli qaz bazarının formalaşmasını təmin edəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə Norveçin "Rystad Energy" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.
O bildirib ki, TAP Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq: "Bu, Cənubi Avropa ölkələrini etibarlı və stabil qaz tədarükü ilə təmin edəcək. Avropaya daxil olan əlavə qaz bazarını rəqabətqabiliyyətli edəcək".
Analitikin sözlərinə görə, TAP boru kəməri qazı İtaliyadan Cənub-Şərqi Avropa ölkələrinə yönəltməyə imkan verəcək və bu, İtaliyanı həmin ölkələr üçün regional qaz qovşağına çevirəcək: "TAP vasitəsilə nəql olunan Azərbaycan qazı nəinki İtaliyaya qaz tədarükü mənbələrini şaxələndirəcək, həm də İtaliyaya digər tədarükçülərə daha sərfəli qaz qiymətləri üçün nüfuz etməyə imkan verəcək".
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar