TAP kəməri nə vaxt tam gücü ilə işləyəcək? - Tarix AÇIQLANDI

TAP kəməri nə vaxt tam gücü ilə işləyəcək? - Tarix AÇIQLANDIAzərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tam gücü ilə işləyəcəyi 2023-cü ildə gözlənilir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Report"a bildirib.
O qeyd edib ki, indiyə qədər TAP kəməri ilə 9,2 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına tədarük edilib: "Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən indiyə kimi isə Türkiyəyə 14,7 milyard kubmetr qaz tədarük edilib".
P. Şahbazovun sözlərinə görə, ötən il avropalı istehlakçılar TAP üzərindən 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib: "2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır".
Nazir bildirib ki, TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub: "Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır".
Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Sosial       Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler son xeberler azerbaycan xeberleri idman xeberleri son xəbərlər bugün 2026 cəbhədən şad xəbər xəbər az