TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTO

TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTO
Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan və "Əsrin Müqaviləsi" əsasında formalaşan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsidir. İnfrastrukturun tikintisinin başa çatması ilə "Cənub Qaz Dəhlizi" layihəsinin də tam olaraq icrası həyata keçiriləcək. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.
Bu münasibətlə Trans Adriatik Boru kəməri (TAP) şirkətinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Vüqar Veysəlovla TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə bağlı danışıq apardıq. Oxu.Az müsahibəsini təqdim edirik:
Vüqar müəllim, ilk öncə onu bildirmək istəyirəm ki, bu layihə həm Azərbaycan, həm də region üçün çox böyük önəm kəsb edir və düşündük ki, bu istiqamətdə daha ətraflı informasiya əldə etmək Azərbaycan ictimaiyyəti üçün layihə ilə bağlı geniş təsəvvür yarada bilər.
Layihə ilə bağlı hazırda hamını maraqlandıran məsələ TAP-ın kommersiya əməliyyatlarına başlamasıdır. Noyabr ayının ortalarında artıq TAP-ın İtaliyanın qazpaylayıcı şəbəkəsinə qoşulması başa çatdı və kommersiya fəaliyyətinə keçid reallaşdı. Bəs, TAP-ın kommersiya fəaliyyətinin ilkin mərhələsini hansı proseslər təşkil edəcək?
Biz TAP komandası olaraq noyabr ayının 15-də kommersiya fəaliyyətlərinə başladığımız haqda məlumat verdik. TAP-ın kommersiya fəaliyyətlərinə başlaması, şirkətin qaz daşıyıcılarıyla imzaladığı sazişlərin şərtləri çərçivəsində müvafiq qaz həcminin Avropa bazarına nəqlinə hazır olduğu anlamına gəlir. Nəql ediləcək qazın həcmi isə satıcı ilə alıcı arasında imzalanmış müvafiq sazişlərdəki kommersiya razılaşmaları ilə tənzimlənəcək. İnanırıq ki, qazın Avropaya çatdırılması əməliyyatlarına bu ilin sonundan başlaya biləcəyik.  
TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOLayihə ilə İtaliya, Yunanıstan və Bolqarıstan təbii qazla təmin ediləcək, təbii qazın satış prosesi hansı formada təmin ediləcək?
Biz TAP vasitəsilə Avropaya qazın çatdırılmasını həyata keçirəcək infrastukturu tamamlamaqla yalnız qazın nəqli əməliyyatlarına cavabdeh olacağıq. Qazın satışı ilə müvafiq alqı-satqı müqavilələri əsasında digər tərəflər məşğul olacaq.
Onu deyə bilərik ki, həmin müqavilələr əsasında Şahdəniz qazının alışını İtaliya, Yunanıstan və Bolqarıstanda doqquz şirkət həyata keçirəcək.
TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOTAP-ın texniki imkanları ilə növbəti mərhələdə layihənin nə qədər genişlənməsinə imkan yarada bilər? Bununla əlaqədar artıq danışıqlar aparılırmı? Növbəti illərdə qazın daha böyük həcmdə geniş kütləni və ərazini əhatə etməsi gözlənilir?
TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir, bu dəhliz isə elə layihələnib ki, onun ötürmə gücünü gələcəkdə iki dəfə artırmaq mümkündür. Bunun nə vaxt baş verəcəyi isə tələb və təklif məsələsidir. Yəni, alıcı tələb edərsə və satıcı da tələb olunan həcmi təklif etmək istəyərsə, TAP-ın gücünü artırmaq mümkün olacaq.
Strateji infrastruktur olan bu layihənin nəqletmə potensialının genişləndirilməsi ilə bağlı təklifləri dəyərləndirmək və qəbul etmək məqsədilə TAP hər iki ildən bir bazar testləri aparacaq. Bu bazar testləri Yunanıstan, Albaniya və İtaliyanın Milli Tənzimləmə Təşkilatları tərəfindən təsdiq edilən qaydalara uyğun şəkildə həyata keçiriləcək. Bununla da maraqlı tərəflər nəql ediləcək mövcud həcmin artırılması ilə bağlı təklif verə biləcəklər.
TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOBiraz, maliyyə məsələlərindən danışaq... TAP-ın maliyyə dəyəri nə qədərdir və Azərbaycan tərəfi investisiyanın hansı həcmini təmin edir?
TAP-ın ümumi layihə dəyəri 4,5 milyard avro həcmindədir. Layihə əsas etibarilə sərmayəçilərin kapitalı və cəlb edilən kreditlər hesabına maliyyələşib.
Əlavə edim ki, 2018-ci ilin dekabr ayında TAP 3,9 milyard avro dəyərində sərmayə cəlb etməklə lahiyənin maliyyələşməsini uğurla başa çatdırıb. Bu hadisənin özü isə 2018-ci ildə Avropada infrastruktur layihələri üzrə ən böyük investisiya razılaşması kimi tarixə düşüb. TAP-ın maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa İnvestisiya Bankı və 17 kommersiya bankı iştirak edib. Həmçinin, maliyyəşdirmə prosesində bir sıra ixrac kredit agentlikləri də iştirak edib. Qeyd edim ki, TAP-da BP 20 faiz, SOCAR 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.
TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOTAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOSizcə, layihə regionda rəqabət səviyyəsini əhəmiyyətli dərəcədə dəyişə bilərmi və son olaraq, TAP Azərbaycan üçün regionda hansı yeni imkanlar yarada bilər?
Layihənin əhəmiyyətinə gəldikdə, bildirmək istəyirəm ki, Cənub Qaz Dəhlizinin açılması təbii qaz tədarükünün şaxələndirilməsi istiqamətində tarixi bir addımdır. Bu layihənin icrası ilə Avropanın enerji təhlükəsizliyi təmin edilməklə yanaşı, regionda karbon emissiyalarının azaldılması istiqamətində səyləri artıracaq. Sadalanan nailiyyətləri nəzərə aldıqda layihənin böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik. TAP enerji infrastrukturu bazarında ən yeni ötürmə sistemi operatoru kimi ikiqat imkanlar yaradır. İlk növbədə bu layihə ilə yeni enerji marşrutu işə düşür. Daha sonra isə növbəti onilliklər ərzində milyonlarla avropalı qaz mənbəyi ilə təmin olunur.
TAP rəsmisi: "Azərbaycan Avropa bazarları üçün mühüm enerji təchizatçısına çevrilir" - MÜSAHİBƏ+FOTOTəbii ki, bütün bu proseslər uzunmüddətli perspektiv üçün istehlakçılar arasında faydalı olan rəqabət mühitini daha da gücləndirəcək. Ən əsası isə nəticədə TAP vasitəsilə Şahdəniz yatağından hasil ediləcək təbii qaz Yunanıstan ve Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçərək İtaliyanın cənubuna nəql ediləcək. Bununla da Bolqarıstan qaz təlabatının 30 faiz, Yunanistan qaz təlabatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.
Yekun olaraq bildirmək istəyirəm ki, bu layihə ilə Cənub Qaz Dəhlizi artıq açılmış hesab olunur və neftlə bərabər Azərbaycan qazı da Avropa bazarına çıxış əldə edir. Yəni, Azərbaycan birbaşa Avropa bazarları ilə bağlanaraq region üçün yeni və çox mühüm enerji təchizatçısına çevrilir.
Nigar Məmmədova

Sosial       Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Dolların güclənməsi manata necə təsir edəcək? - Milli valyuta ilə bağlı mühüm məqamlar

2026-cı ilin ilk yarısında ABŞ dollarının qlobal bazarlarda təxminən 3 faiz möhkəmlənməsi valyuta bazarlarında yeni müzakirələrə səbəb olub. Bu tendensiyanın ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinə təsir edib-etməyəcəy


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber cəbhədən görüntülər azerbaycanda son xeberler ən son xəbərlər