TAP və Sakarya qaz sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır

TAP və Sakarya qaz sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradırTAP və Sakarya qaz sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır
"Avropa İttifaqı (Aİ) rəhbərliyi Cənub Qaz Dəhlizinin (SGC) tamamlanması və Trans-Adriatik Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması ilə Türkiyənin Avropanın qaz təchizatının təhlükəsizliyi üçün vaz geçilməz olacağını bilməlidi".
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
"Enerji infrastrukturunu birləşdirən Türkiyə, eyni zamanda, "Istanbul Benchmark" çərçivəsində yeni qaz ticarəti bazarına çevrilir. 2021-ci ildə Türkiyədə təbii qaz fyuçers bazarının qurulması və fəaliyyətə başlaması gözlənilir. Avropanın qaz tələbini mümkün qədər təmin etmək niyyəti sayəsində, Türkiyə Avropa ölkələrini Avropa enerji bazarlarında Rusiya qazından asılılığının azaldılmasının təminatçısına çevrildi", - məlumatda deyilir.
Türkiyənin uzunmüddətli enerji strategiyası dörd sütuna əsaslanır: neft və təbii qaz idxalının marşrutu və mənbənin şaxələndirilməsi, bərpa olunan və yerli enerji mənbələrinin nisbətinin artırılması, enerji səmərəliliyinin artırılması və Türkiyənin enerji təminatına nüvə enerjisinin əlavə edilməsi daxildir. Bu məqsədlə Türkiyə enerji bazarında LNG-nin geniş yayılması ilə Türkiyə, ümumi qaz idxalında Rusiyanın payını azaltmağa müvəffəq olub. Rusiyanın Türkiyəyə təbii qaz idxalı əvvəllər 52 faiz səviyyəsindəykən, ötən il bu nisbət 33 faizə gerilədi.
TAP-ın icraçı direktoru Luka Schieppati hesab edir ki, qaz təchizatı təhlükəsizliyi baxımından TAP-ın aktivləşdirilməsi və Türkiyənin Sakarya Qaz Sahəsindəki son qaz kəşfləri Avropa bazarlarına marşrutları və qaz mənbələrini daha da şaxələndirmək üçün əlavə imkanlar yaradır.
Türkiyə təbii qaz idxalı, nəqli, saxlanması və ixracı üçün imkanlarını genişləndirərək, öz regionunda təbii qaz tələbini cəlb edən mübahisəsiz və vazgeçilmez bir mərkəzə çevrilib.
Türkiyə, güclü və davamlı enerji təchizatı və enerji qiymətləri təhlükəsizliyini inkişaf etdirmək üçün qlobal enerji bazarındakı qarşılıqlı asılılığın istifadə edilməsinin potensial mənfi nəticələrini aradan qaldırmaq məqsədi daşıyan "Turkey for Energy" strategiyasını həyata keçirir. Bu strategiya 2021-ci ilin əvvəlində Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasını ehtiva edir, çünki onun əsas məqsədi mili və qlobal şəbəkənin bütövlüyünü möhkəmləndirərək Türkiyə və Avropa enerji təchizatı və qiymət təhlükəsizliyini təmin etməkdir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir. /oxu.az

Sosial       Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az