Taras Kuzio: "Fransa sülh müqaviləsi danışıqlarında iştirak edə bilməz"

Taras Kuzio:

" class="imgbcode" />Cənubi Qafqazda cərəyan edən siyasi proseslər dünya mətbuatının gündəmindədir və ekspertlər regionda baş verən hadisələri müxtəlif konteksdən şərh edirlər. Dünyadakı erməni diasporunun təsiri altında olan politoloqlar və diplomatların Azərbaycanla bağlı qərəzli mövqelərinə isə daha çox rast gəlirik. Amma həqiqəti yazan, reallığı düzgün qiymətləndirən siyasi ekspertlər də var. Ukraynanın "Eurasia Review" saytında dərc edilən, reallığı əks etdirən bir məqalə diqqətimizi cəlb etdi. Həmin yazının müəllifi Kiyev-Mohyla Akademiyasının professoru Taras Kuziodur.
KONKRET.az həmin məqaləni olduğu kimi təqdim edir.
"Azərbaycanın Qarabağda əməliyyata başlamasına səbəb səbr kasasının dolmasıydı. Buna Qərb mediasının iddia etdiyi kimi "soyqırım və ya etnik təmizləmə" adı vermək ədalətsizlikdir.
Rəsmi Bakının hərbi əməliyyatlara başlamasına səbəb İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və sülh müqaviləsinin 3 il gecikdirməsi idi. Burada Rusiya-Ukrayna müharibəsi də önəmli rol oynadı. Qarabağdakı  ermənilərə  Azərbaycan vətəndaşlığını qəbul etmək təklif edildi.
Eyni təklif SSRİ-nin dağılmasından sonra 1992-ci ilin yanvarında sovet respublikalarının milyonlarla sakininə də edilib. Ruslar, yəhudilər, polyaklar və digər milli azlıqlar Ukraynada qalıb, qalanları isə digər keçmiş Sovet respublikalarına köçüb və ya İsrail və Polşaya mühacirət ediblər. Qərb mətbuatının xəbərlərinin əksinə olaraq, BMT erməni azlıqları arasında insan haqlarının pozulması ilə bağlı bir dənə də olsun fakt qeydə almayıb. Azərbaycanın hərbi əməliyyatı 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən çox fərqlənir.
Birinci mərhələ 2020-ci ildə Azərbaycan İkinci Qarabağ Müharibəsində düşməni məğlub etməklə başa çatıb. Separatçı "DQR"in ləğvi ilə Azərbaycan ərazisinin azad edilməsi prosesi ikinci mərhələyə aiddir. İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi yaxın vaxtlarda baş verə bilər. Müqavilə Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və iqtisadi rifahı təmin edəcək. Ancaq nəzərə alınmalı dörd amil var.
Birinci amil. ATƏT-in Minsk Qrupu münaqişəni həll edə bilmədiyi üçün xarici qüvvələr onu dirçəltməyə çalışmamalıdır. Minsk Qrupunun üzvləri sülh prosesinə əhəmiyyət verməmiş, Ermənistanın 1990-cı illərin əvvəllərində törətdiyi hərbi cinayətləri və Azərbaycan ərazisinin iyirmi faizinin işğalını kifayət qədər pisləməmişdir.
İkinci amil. Fransa sülh müqaviləsi danışıqlarında iştirak edə bilməz. Böyük erməni lobbisinin mövcudluğunu nəzərə alaraq, Paris ərazi bütövlüyünü bərpa etmək istəyinə görə həmişə Bakıya qərəzli münasibət nümayiş etdirib və nümayiş etdirməkdə davam edir.
Üçüncü amil. Kreml son üç onillikdə Moldova, Gürcüstan və Azərbaycanda münaqişələri dondurmağa və sülh danışıqları aparmaqdansa, Rusiyanın hərbi mövcudluğunu saxlamağa üstünlük verib
Dördüncü amil. Prezident Barak Obamanın dövründə ATƏT-in Minsk Qrupuna məhəl qoymayan Birləşmiş Ştatlar strateji danışıqlarda tərəfdaş olardı. Lakin 1990-cı illərdən bəri Amerika administrasiyaları erməni lobbisinə xüsusi hörmət bəsləyib. Fransada olduğu kimi, ABŞ da bunun ikili standart olduğunu başa düşmür. Çünki Vaşinqton Ukraynaya ən böyük hərbi yardım tədarükçüsüdür. Ukrayna da ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır.
ATƏT-in Minsk Qrupu, Rusiya, Fransa və ABŞ-ın qərəzsiz və ciddi danışıqlar tərəfdaşları kimi çıxış edə bilmədiyi bir şəraitdə, münaqişədən sonra yeganə etibarlı vasitəçi Avropa İttifaqıdır. Aİ Cənubi Qafqaza maraq göstərməyə kifayət qədər gec – Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra başlayıb.
Son iki ildə Aİ Ermənistan və Azərbaycanı yaxınlaşdırmağa çalışır. Baş nazir Nikol Paşinyan "Qarabağ klanı"nın rəhbərlik etdiyi erməni millətçilərinə müqavimət göstərəcək qədər güclü deyildi. Ermənistandakı rusiyapərəst qüvvələr Qarabağdakı erməni separatçılara dəstək verib, onları hərbi texnika ilə təhciz edib.
İndi "Qarabağ klanı" zəifləyib, Qarabağ separatçı strukturları ləğv edilib, onların rəhbərləri Azərbaycanda həbsdədir. 30 ildən artıq davam edən münaqişəyə son qoyulması Cənubi Qafqaza faydalar gətirəcək. Bu, xüsusilə Rusiyadan iqtisadi asılılığı azaltmaq, regional enerji layihələrində iştirak etmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, müdafiə və təhlükəsizlik xərclərini azaltmaq üçün Ermənistana aiddir. Regionda sabitliyi hiss edən Rusiyada yaşayan bir çox ermənilər öz vətənlərinə qayıda biləcəklər.
Son üç ildə Azərbaycan sülh müqaviləsinə nail olmağa çalışsa da, Qarabağ məsələsi və Paşinyanın zəifliyi irəliləyişə mane oldu. Bu məsələnin həlli Cənubi Qafqazda davamlı sülhə yol açacaq ki, bu da hamının, xüsusən də Ermənistanın xeyrinə olacaq", – deyə Taras Kuzio yazıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər cəbhədən son xəbər cəbhədən video en son xeberler