Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin dahada artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinəŞımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuşcoğrafiyasını 10 istiqamətə çatdırıb. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədəümumilikdə 47 reys yerinə yetirilir. 2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.
Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən genişuçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik,Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatəolunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşahava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlərüçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədəiki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanınpaytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reysləşəbəkəni tamamlayır.
Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil,Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir.2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının MərkəziAsiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.
Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj vəoturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə miltoplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün "Uzum Bank" əməkdaşlığı çərçivəsində"HUMO" və "Uzcard" kartları ilə ödəniş imkanı da mövcuddur. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı