Tarix Əliyev Şəbnəmə xəbərdarlıq etdi: 'Məni Vəfa ilə səhv salma
Tarix Əliyev canlı yayım zamanı əsəblərinə hakim ola bilməyib.
azxeber.com xəbər verir ki, aparıcı "Tarixin bir günü" verilişinin reklam fasiləsində ona gələn telefon zəngindən əsəbiləşdiyini bildirib.
Tarix Əliyev reklam dönüşü müğənni Şəbnəm Tovuzlunun ünvanına sərt tənqidlər səsləndirib:
"Buradan Şəbnəmə deyirəm, məni Vəfa ilə səhv salma. Mənimlə çox ehtiyatlı ol. Sənin yanında olan çanta daşıyanlar, şirkət işlədənlər bilsin ki, siz heç kimsiniz. Müğənninizin təlxəyisiniz. Məni başqaları ilə səhv salmayın. Mən Zaur Nəbioğlu deyiləm ki, reytinq xatirinə danışıq edib səni elin gözündə pis olmayasan deyə məsum kimi ağlayaraq göstərim. Yaxın günlərdə kim verilişlərdə kimə pul göndərib, kimin haqqında pis danışmağını istəyib, onları açıqlayacağam.
Mən sizdən artıq xalqıma yararlı vətəndaşam. Heç kimə qanunsuz hədə-qorxular gəlməmişəm. Bu ölkə qanunla idarə olunur. Əgər evdə əriniz varsa, sizin işlərinizlə qoyun əriniz məşğul olsun. Şəbnəm, sən Moskvada oturub bura ismarıc göndərə bilməzsən. Mən başqası deyiləm ki, sənin sözünlə oturum-durum. Vəfa ilə barışmağın üçün mən sənə yalvarmışam? Bundan sonra o bəzi arxalandığınız "youtube" şirkətlərinin də qaranlıq işlərinin açılması üçün rəsmi müraciət edəcəyəm".
Aysel
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür