Tarixdə ilk dəfə olaraq ildırımın necə "doğulduğu" göründü - VİDEO
Tarixdə ilk dəfə olaraq ildırımın necə "doğulduğu" göründü - VİDEO
Amerikalı və avropalı fiziklər buludlarda ildırımın çaxmasına nəyin səbəb olduğu ilə bağlı çoxdan bəri davam edən suala cavab verə biliblər. Bunun üçün əvvəlcə astronomik müşahidələr üçün nəzərdə tutulmuş və niderlandlı mühəndislər tərəfindən hazırlanmış minlərlə kiçik radioteleskopdan ibarət aşağı tezlikli LOFAR şəbəkəsindən istifadə edib.
Bu barədə "Geophysical Research Letters" jurnalında məqalə dərc olunub.
"Bir az utancverici hal idi. Bu, planetdə ən çox enerji tələb edən prosesdir, lakin biz bunun necə işlədiyini bilmirdik", – deyə, Niderlandın Qroningen Universitetinin ildırım tədqiqatçısı və yeni məqalənin həmmüəlliflərindən biri Brayan Hare bildirib.
Tufan buludları qeyri-şəffaf olduğundan ildırımın əmələ gəlməsi prosesini vizual olaraq öyrənmək çox çətindir. Meteozond və raketlər elm adamlarına buludların içini araşdırmaq imkanı verirdi, lakin onların da buludların içərisində olması məlumatları təhrif edidi; çünki təbii olaraq yaranmayacaq qığılcımlar süni şəkildə yaranırdı.
Tədqiqatçıların köməyinə radioastronomların alətləri gəlib. LOFAR radio teleskop şəbəkəsi əvvəlcə uzaq qalaktikaları və partlayan ulduzları öyrənmək üçün nəzərdə tutulsa da, onun Yerdə şimşək çaxmasını öyrənmək üçün də əla olduğu ortaya çıxıb.
Çəkiliş zamanı məlum oldu ki, maddiləşən ildırım görünməzdən əvvəl milyonlarla təsadüfi radio impulsları yaradır. Onların demək olar ki, hamısı ildırım buludunun içərisində 70 m dərinlikdə kiçik bir sahədən gəlir.
Tədqiqatçılar hər şeyin buludun içindəki buz kristallarının çoxluqlarından başladığına dair nəzəriyyəni təsdiqləməyə nail olublar.
Mənbə: Gazeta.ru /oxu.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü