Tarixi debata sözardı: "Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil" – ŞƏRH

Tarixi debata sözardı: "Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil" – ŞƏRHTarixi debata sözardı: "Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil" – ŞƏRH
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.
Debatın sonunda İlham Əliyevlə  Nikol Paşinyan arasında tarixlə bağlı yaranan mübahisə diqqət çəkdi.
Prezidentin "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!" deməsi Paşinyanı çox keçmişə apardı.

Belə ki, Paşinyan cavabında öz aləmində antik dövrə istinad etdi.
"Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər".
Oxu: Paşinyan Almaniyadan üzüqara dönür: Əliyevin faktları qarşısında mat oldu - TƏHLİL
İlham Əliyev isə onun bu fikrinə ironiya ilə yanaşdı və gülüşlə qarşıladı. İlham Əliyev cavabında "Ermənilər və ermənilər" deməklə uydurma erməni tarixinə işarə vurdu.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan tarixi saxtalaşdırır.
Q.Hacıyev bildirib ki, Ermənistan və erməni tarixçiləri tarixlə siyasəti "uyğunlaşdırmağa" cəhd edir.
Onun sözlərinə görə, tarixdə Ermənistan dövləti olmayıb.
"Əhəmənilər imperiyasının tərkibində əmirlik var idi. O, kiçik bir ərazini əhatə edirdi. Həmin ərazilərin adlarını sonradan "Kiçik Ermənistan", "Böyük Ermənistan" qoydular", - deyə Q.Hacıyev əlavə edib.
Şöbə müdiri qeyd edib ki, ermənilər sonradan öz tarixlərini Armeniya adlı dövlətə bağlayıblar:
"Bundan başqa, Urartu dövlətinin daş sütun yazılarını özləri ilə əlaqələndirdilər. Halbuki ermənilərin qədim dövrlərdə heç zaman dövləti olmayıb".
Tarixçi bildirib ki, ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil.
"Onların istinad etdikləri Böyük Tiqran parfiyalıdır. Parfiyalılarla ermənilərin çox böyük fərqi var. Amma erməni tarixçiləri Parfiya hökmdarlarının, Urartu hökmdarlarının əksəriyyətini erməni adı ilə adlandırıblar.
Baxın görün, ermənilərin hardasa bir atributu, qalası, pul vahidi, bayrağı, gerbi varmı?! Yoxdur. Buna görə də onların yaratdıqları əlifba da, tarix də saxtadır".
Oxu: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi - TƏHLİL
Q.Hacıyev Paşinyanın Böyük Tiqranın zamanında regionda yalnız ermənilər və gürcülər olmasına dair iddiasına da münasibət bildirib.
Tarixçi qeyd edib ki, tarixdə iberlər olub.
"Gürcülərdə iber-qafqaz xalqları olub. Amma ermənilərin buralarda izi-tozu da yox idi. Albanlar da var idi, iberlər də. Ancaq erməni adında xalqın burada heç bir izi olmayıb. Onları Qafqaza XIX əsrin əvvəllərində köçürülməyə başlayıblar. Sənədlər, faktlar, arxiv var. Bunları necə danmaq olar?! XIX əsrin əvvəllərindən öncə burada ermənilər yox idi".
Qeyd edək ki, debatda tarixi faktlarla bağlı digər fikirlər də səsləndirilib. Paşinyan isə bu zaman səhvlərə yol verib. O, Azərbaycanın keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu deyib. İlham Əliyev isə dərhal buna reaksiya verərək "Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr" deyib.
İlham Əliyev daha sonra Nikol Paşinyanın yalan danışdığını vurğulayıb.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun