Taxta materialları bahalaşdı — VİDEO
Paytaxt Bakının tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib.
Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib.
KONKRET.az xəbər verir ki, sahibkarların sözlərinə görə, son bir ay ərzində Azərbaycana Rusiyadan idxal edilən taxta materiallarının həcmi dəfələrlə azalıb. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Belarus taxta materiallarının ixracı üçün yeni bazarlar axtarışındadır. Azərbaycan bu baxımdan önə çıxa biləcək ölkələrdən ola bilər. Sahibkarlar deyirlər ki, ölkəmizə Belarusdan da az həcmdə taxta materialları idxal edilir.
İqtisadçı Xalid Kərimli hesab edir ki, hazırkı vəziyyətdə Belarusdan idxal edilən taxta materiallarının həcmi artsa, yerli bazarda qiymətlər enə bilər.
Ekspert vurğulayıb ki, yerli sahibkarlar Belarusdan taxta materiallarının idxalında fəal olsalar qarşıdakı dövrdə bu sektorda yenidən canlanma yarana bilər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı