Tbilisidə baş verənlər: Bakıdakı anti-milli şəbəkənin xəyalları yenə puç oldu…

Tbilisidə baş verənlər: Bakıdakı anti-milli şəbəkənin xəyalları yenə puç oldu…Gürcüstanda baş verənlər, buna paralel olaraq, Azərbaycanda Qərb şəbəkəsinin ifşa edilməsi Cənubi Qafqazda hansı siyasi oyunların oynandığını ortaya çıxarır. Proseslər göstərir ki, Qərb müxtəlif ölkələrdə yaratdığı şəbəkəsi ilə yerli hökumətlərə təzyiq edir, ölkənin milli siyasətinə müdaxilə etməyə çalışır. Bu şəbəkələrin ifşasına qarşı atılan addımları isə qəbul etmək istəmir.
Gürcüstan hökuməti artıq ikinci dəfədir "Xarici agentlər" haqqında qanun layihəsini irəli sürür. Birinci dəfə bu addımı atanda başda ABŞ olmaqla Qərb təzyiq etdi və bu təzyiq təkcə siyasi kanallarla yox, birbaşa küçə iğtişaşları ilə edildi. Qərb şəbəkəsi küçələrə çıxdı, parlament binasını blokadaya alaraq, hökuməti geri addım atmağa məcbur etdi. İndi eyni məsələyə görə Tbilisi küçələrində xaos yaşanır.
ABŞ başda olmaqla Qərb qüvvələri də Tbilisiyə etiraz edirlər. Bildirirlər ki, "Xarici agentlər" haqqında qanunun qəbulu Gürcüstanın Avrointeqrasiya siyasətinə ziddir. Hərçənd ki, eyni qanun 86 ildir ABŞ-da mövcuddur. 1986-cı ildə qəbul edilən qanun hazırda "Xarici Agentlərin Qeydiyyatı Aktı" adı ilə işləyir və maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər bu qanunun təsir dairəsinə düşür. Sual yaranır: necə olur ki, ABŞ-da mövcud olan qanunun Gürcüstanda qəbul edilməsi bu qədər etiraza səbəb olur, Qərb niyə bunu qəbul etmək istəmir?
Cavab sadədir, çünki bu qanunun qəbul edilməsi Qərbin Gürcüstandakı şəbəkəsinin fəaliyyətini çətinləşdirəcək, xarici qüvvələrin rəsmi Tbilisiyə təzyiq etmək imkanları azalacaq. Məhz buna görə məsələni "demokratiyalaşma" adı ilə pərdələyərək, Gürcüstan hökumətinə təzyiq edirlər.
Gürcüstan hökuməti isə tamamilə haqlıdır. Çünki baş verənlər Qərbin Gürcüstanı Ukraynaya çevirmək niyyətindən xəbər verir. Qərb Tbilsidən Rusiyaya qarşı cəbhə açmasını tələb edir. Gürcüstan bundan imtina etdiyi üçün təzyiqlə üzləşib, eyni zamanda, bu ölkənin milli siyasətinə müdaxilə edən Qərb şəbəkəsinin fəaliyyətinə nəzarəti artırmaq istəyi qəbul edilmir. Gürcüstana açıq mesaj verirlər ki, Qərbin maraqları əleyhinə atılan addım ölkəni qan gölünə çevrilməsi ilə nəticələnə bilər.
Gürcüstan üzərində Qərbin qanlı ssenarisi 2004-cü ildə tətbiq edilir. Hakiməyyətə gətirilən Saakaşvili yalan vədlərlə ölkəni 2008-ci ildə Rusiya ilə müharibəyə sürüklədi. Beş günlük müharibənin nəticəsində Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya nəzarəti itirildi, rus qoşunları paytaxtın bir neçə kimometrliyinə qədər gəldi. Saakaşvilini avantüraya sürükləyən Qərb isə həmin vaxt gizlənmişdi. Sadəcə bir neçə kəlməlik bəyanatla kifayətləndilər. Sonda uduzan, itki ilə üzləşən Gürcüstan cəmiyyəti oldu. Onlar torpaqlarını və yaxınlarını itirdilər.
Bütün bunlar ABŞ başqa olmaqla bütövlükdə Qərbin gürcü xalqına qarşı təxribat planı idi. İndi eyni ssenarini yenidən təkrarlamaq, Gürcüstanı Rusiya ilə yeni mühabəyə sürükləmək istəyirlər. Lakin 2004 cü ildən fərqli olaraq, indi gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Çünki gürcü xalqı 2008-ci ildə Qərbin oyununu gec də olsa anlamışdı.
Gürcüstan hökuməti də bunu anlayır, lakin prosesləri güc gördüyü üçün təhlükə ilə üzləşib. Söhbət 25 minə yaxın QHT-nin böyük hissəsinin Qərbə bağlı olması və verilən tapşırıqlara uyğun fəaliyyət göstərməsidir.
Tbilisidə baş verənlər: Bakıdakı anti-milli şəbəkənin xəyalları yenə puç oldu…Bu gün Tbilisi küçələrini xaosa bürüyən qruplar da məhz həmin QHT-lərdir. Onlar Qərbin tapşırığı ilə Gürcüstanın milli siyasətinə qarşı çıxır, avrointeqrasiyanı dəstəkləyirlər. Halbuki, Gürcüstan hökuməti Avropa İttifaqı ilə əlaqələri kəsməyib, əskinə Qərblə daha çox işləməkdə maraqlıdır. Sadəcə olaraq, ölkənin daxili işinə bu qədər müdaxilə edilməsini qəbul etmir. Buna görə də cəzalandırılır. Baş verənlər o sualı da yaradır ki, Gürcüstan Avrointeqrasiya nəticəsində nə qazanıb?
Birincisi, Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verib, narkomaniya, milli mənəvi dəyərlərin aşınması, cinsi azlıqlar hərəkatı geniş vüaət alıb.
İkincisi, Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir.
Faktiki olaraq, Gürcüstan heç nə qazanmayıb, neqativlərdən savayı. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır. Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək. Hazırda gürcü cəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür.
Bu prosesə ilk öncə Azərbaycandan başladığı xüsusilə vurğulanmalıdır. Hələ 2010-cu ildən başlayaraq, Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı. Bakının mərkəzində "facebook inqilabı" törətmək istəyirlər, lakin bu planın icraçısı NED təşkilatının Bakı ofisinin rəhbəri olan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. ABŞ-da və Qərbdə anlayırlar ki, Azərbaycanın maraqları nəzərə alınmadan regionda hansısa uğura imza atmaq mümkün deyil. Azərbaycan qəbul etməsə, Qərb bu regiona daxil ola bilməz. Fransanın timsalında bunun əyani nümunəsi ortaya çıxdı. Rəsmi Bakı ermənipərəst mövqeyinə görə Parisin vasitəçiliyindən imtina etdi, Fransa hələ də regiona "pəncərədən" baxır. Yəni, Azərbaycan istəməsə, Qərb bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.
Əslində, hazırda Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb. Bölgədə 2004-cü ildəki Gürcüstanın yolunu gedən ölkə isə Ermənistandır. Paşinyanı da Saakaşvilinin aqibəti gözləyir. Həmçinin, Moldovanın fəallığı da ona yaxşı heç nə vəd etmir.
Gürcüstanın Qərb şəbəkəsini nəzarətə götürmək addımları Qərbin Azərbacandakı şəbəkəsini də yoxa çıxarır. Çünki Qərb illərdir Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. "Abzas media", "Toplum TV" kimi layihələrini müdafiə etmələri, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışmaları da bundan qaynaqlanır. İstintaqa cəlb olunmuş şəxslər bütün əməllərini etiraf edirlər, adlar, təşkilatlar, maliyyə barədə ətraflı məlumatlar verirlər. Qərb təşkilatları tərəfindən onların üzərinə qoyulmuş vəzifələr həqiqətən də heyrətamiz və tükürpədicidir. Bunların hamısı artıq məlumdur və yaxın zamalarda açıqlanacaq. İndi ABŞ-ın, Qərb ölkələrinin səfirləri nə üzlə Azərbaycanda fəaliyyətlərini davam etdirəcəklər?
Səfirlər bu suala cavab verməlidir.
Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və anlayır. Buna görə Qərbin Azərbaycanla bağlı planları baş tutmayacaq. Qərb şəbəkəsinin ifşa edilməsi isə bu məsələdə Azərbaycanın əlini daha da gücləndircək. / konkret.az

Siyasi       Tarix: 06 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun valyuta mezennesi 2026 xeberlər ən son xəbər