TƏBİB: "Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir
"Peyvəndlərin tərkibi ilə bağlı hər kəsin narahatlığını başa düşürük".
Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə" dinləmədə deyib.
Y.Qarayeva bildirib ki, "CoronaVac" peyvəndi tərkibi və istehsal platforması bizə çox aydın və açıq olduğu üçün ilk olaraq bu peyvənd seçilib və ölkəyə gətirilib: "Uzun illərdir ki, "Hepatit A" peyvəndi eyni fabrikdə eyni üsulla hazırlanır. Koronavirusun peyvəndi eyni texnologiya ilə hazırlanıb. Digər tərəfdən, bundan sonra ötən il dekabr ayının sonlarında Türkiyəyə səfərimiz zamanı oradakı laboratoriyaların imkanından istifadə etmək üçün müraciət etdik. Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testlərdən keçirilir. Hətta o cavablar daxil olmadan Səhiyyə Nazirliyi tərəfindən vaksinlər istifadəyə verilmir".
///APA
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR