TƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMA

TƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMATƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMA
Ötən həftə sosial şəbəkələrdə həkim Barat Bayramov və həyat yoldaşı Aygün Bayramovanın koronavirusa yoluxması ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı onların qızı Aynur Bayramlı tərəfindən paylaşım edilib.
Paylaşımda o, valideynlərinin koronavirusa yoluxduğunu qeyd edib. A.Bayramlı iddia edir ki, koronavirusa yoluxan valideynlərinə qarşı münasibət o qədər də ürəkaçan deyil.
Məsələ ilə bağlı həkim Barat Bayramovla əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.
Onun sözlərinə görə, həkim Barat Bayramovun xəstəxanada koronavirusa yoluxması ilə bağlı iddialar əsassızdır:
"Bizdə olan ilkin məlumatlara görə, həkim Barat Bayramov xəstəxanada yox, kənar yerdə koronavirusa yoluxub, virus ona ailə üzvləri arasında xəstəliyə yoluxan şəxslərin birindən keçib. İstənilən halda bu, ilkin məlumatdır. Amma Barat həkimin qardaşının da paylaşımları bu məlumatlarla bağlı onların heç bir şikayətinin olmadığını təsdiqləyir".
R.Əliyeva həkim B.Bayramov və ailə üzvlərində koronaviursa yoluxan şəxslərin müalicə aldığını deyib:
"Analiz nəticələri pozitiv çıxıb. Həmin gündən Barat həkim və ailə üzvlərinin aidiyyəti üzrə müalicəsinə başlanılıb".
TƏBİB rəsmisi həkim B.Bayramovun müalicə aldığı xəstəxanada yaxşı şəraitdə saxlanılmadığı, hətta tibb işçiləri üçün olan kabinetlərdən birində qaldığına dair iddialara da aydınlıq gətirib:
"Həkim Barat Bayramovdan analiz nümunələri götürülüb. Testin cavabları çıxana qədər isə həkimin vəziyyətində nisbətən pisləşmə müşahidə edilib. Nəticələr bəlli olana qədər onu xəstəxanada palatada yox, işçi otaqlardan birində yerləşdiriblər. Bu, sırf nəzarət məqsədilə olub.
Lakin həkimin müalicəsi o şəraitdə aparılmayıb. Analiz nəticələri çıxdıqdan sonra ona reanimasiya şöbəsində yer ayrılıb və müalicəsinə başlanılıb. Hazırda da onun müalicə prosesi davam etdirilir. Bu barədə həkimin özü ilə də danışılacaq və ictimaiyyətə dolğun informasiya veriləcək".
TƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMATƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMATƏBİB-dən koronavirusa yoluxan həkim Barat Bayramovla bağlı AÇIQLAMAKönül Cəfərli 

Sosial       Tarix: 15 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxeber son xəbərlər azərbaycanda şou biznes xəbərləri