TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA
TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a TƏBİB-in departament müdiri Aygün Əliyeva məlumat verib.
O bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar:
"Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur. COVID-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar. Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq.
Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR