TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən yoxdur - AÇIQLAMA
Pandemiya ilə mübarizədə yaxından iştirak edən qurumlardan biri də "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"dir (TƏBİB).
Qurum əməkdaşları pandemiya dövründə mütəmadi olaraq ölkədəki vəziyyət və karantin rejimi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında da yaxından iştirak ediblər.
Bəs görəsən əhalini virusdan qorunmağa çalışan qurumun əməkdaşları arasında COVID-19 infeksiyasının qurbanı olan varmı?
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB əməkdaşları ilk vaksin olunanlar sırasındadırlar:
"Bu günə kimi TƏBİB əməkdaşlarının 91% i vaksin olunublar. Əməkdaşlar arasında koronavirus səbəbindən vəfat edən yoxdur".
Qeyd edək ki, bu günə qədər ölkədə koronavirus infeksiyasından vəfat edən tibb işçiləri olub. Onların əksəriyyəti birbaşa TƏBİB-də çalışmasalar da, qurumun tabeliyində olan tibb müəssisələrində çalışıblar.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR