TƏBİB peyvənd göstəricilərinin sıfır olmasının səbəbini açıqladı

TƏBİB peyvənd göstəricilərinin sıfır olmasının səbəbini açıqladıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər peyvənd göstəricilərinin sıfır olmasına münasibət bildirib.
azxeber.com-un məlumatına görə, qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir.
"Məlumat üçün qeyd edək ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub.
Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yoluxmanın tempinin kəskin azaldılması, eyni zamanda, virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb.
Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər", - qeyd olunub.

Sosial       Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 son xeberler bugun 2026 canli son xəbərlər azərbaycanda hava proqnozu