TƏBİB: "Təhsil müəssisələrinə həkimlər təhkim olunacaq"
"Təhsil müəssisələrinə tibbi personalın təhkim olunması məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır".
KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.
O qeyd edib ki, təhsilalanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsi məsələsi də müzakirə olunur.
TƏBİB rəsmisi əlavə edib ki, məktəblərdə şagirdlərin fiziki və psixoloji sağlamlığı diqqət mərkəzindədir:
"Bu yaxınlarda Təhsil Nazirliyi və TƏBİB arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib. Görüşdə orta və ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, yeni, müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta