Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdiPakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə KONKRET.az -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib.
Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb.
Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.
Pakistanın Baş naziri Azərbaycanın ASAN Xidmət modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.
Pakistanın Baş naziri buna görə dövlət başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini iki ölkə arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Telefon danışığı zamanı son dövrlərdə Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.
Dövlətimizin başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlərə, həmçinin regional və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Siyasi       Tarix: 11 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlə

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanı

Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan

Məkkə Müdafiə Alyansı müdafiə müqaviləsidir. Bu müqavilənin tərəfi olan bir ölkəyə hücum edilərsə, siz onun yanında olursunuz. -a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib. "Bu

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi

Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər. -a istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğl

Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərin

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. KONKRET.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Şahbaz Şərif İlham Əliyevə zəngindən yazdı

Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişləndirərək ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmə

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. MƏLUMAT YENİLƏNİR…


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər xeberler xeber.az son xeberler bu gunun xeberleri