"Təbrizdə Azərbaycan Prezidentinin şəkillərinin yayılması İrana mesaj olmalıdır" – Tural Abbaslı

"İran uzun illərdir ki, Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Bunu özünün dövlət və dövlətçiliyinə təhdid hesab edir. Ona görə də, Azərbaycanın istənilən dönəmdə güclənməsi İran hakimiyyətinin maraqlarına daxil deyil".
Bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı İranın hazırkı siyasətindən danışarkən deyib.
O, qeyd edib ki, İranın bu düşüncəsi yanlışdır:
"Təbii ki, bu, kökündən yanlış düşüncədir. Onlara elə gəlir ki, Azərbaycanın güclənməsi, işğaldan azad olunmuş tam müstəqil ərazilərdə iqtisadi-siyasi cəhətdən güclü ölkə olması İranın parçalanmasına və ya rejim dəyişikliyinə gətirib çıxaracaq. Çünki burada Azərbaycan guya ki, onlara yaxşı nümunə olmur. Ona görə də, elə 1918-ci ildən bu tərəf baxsaq, görərik ki, İran hər zaman Azərbaycanın müstəqilliyini şübhə altına alıb. Açıq konteksdə deməsələr də, dolayısı ilə qeyd edirlər". 
Tural Abbaslının sözlərinə görə, Türkiyənin də regionda güclənməsi İranı qıcıqlandırır:
"Son zamanlar Türkiyənin regionda güclənməsi və İranın artıq regional oyunçu kimi Cənubi Qafqazda sıradan çıxması da İranı qıcıqlandırır. İran guya Azərbaycanı təhdid etməklə və Azərbaycana qarşı aqressiv addımlar atmaqla, guya regionda güc və söz sahibi olduğunu sübut eləməyə çalışır. Təbii ki, bu da kənardan çox gülünc görsənir. Həm də İran arxayındır ki, onun Azərbaycanda 5-ci kolonu var və din adı altında aldatdığı insanlarla düşünür ki, onların gücündən istifadə edərək Azərbaycanı nəyəsə məcbur edəcək. Düşünürəm ki, İran bu yanlış siyasətindən tezliklə dönməlidir. İran Azərbaycanla dost, qardaş qonşuluq siyasəti yürütməlidir. Əks təqdirdə bu siyasətin davamı İranın ya parçalanmasına, ya da ən azı rejim dəyişikliyinə gətirib çıxaracaq". 
"Artıq Təbrizdə və İranın bəzi şəhərlərində Azərbaycan Prezidentinin şəkilləri paylaşılır, divarara yapışdırılır. "Bizim Prezidentimiz, arxandayıq" kimi sözlər yazırlar. Məncə, bu aidiyyatı qurumlara bir mesaj olmalıdır və İran bu təcavüzkar, təhdidkar siyasətindən geri durmalıdır", - deyə T.Abbaslı əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 04 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber