Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA

Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMAYaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin uzanması qlobal enerji bazarında təchizatla bağlı riskləri artırıb. Bu fonda dizel yanacağına tələbatın yüksəlməsi və qiymətlərin bahalaşması diqqət çəkir. Qlobal bazardakı bu proseslərin Azərbaycanda dizelin qiymətinə təsir edib-etməyəcəyi isə maraq doğurur.
 Bəs dünya bazarında müşahidə olunan bahalaşma Azərbaycanda dizelin qiymətinin artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov KONKRET.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarında qiymət artımlarına səbəb olub.
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMAOnun sözlərinə görə, bu proseslər fonunda dizel yanacağına qlobal tələbat artıb və qiymətlərdə yüksəliş müşahidə olunur.
Deputat qeyd edib ki, Azərbaycanın daxili enerji bazarının qlobal bazarlardakı dəyişikliklərdən təsirlənmə səviyyəsi digər ölkələrlə müqayisədə daha məhduddur:
"Azərbaycan neft-qaz hasil edən ölkədir və dizel yanacağına olan tələbatın əhəmiyyətli hissəsi daxili istehsal hesabına təmin olunur".
Azər Badamovun sözlərinə görə, ölkənin dizel yanacağı üzrə idxaldan asılılığının aşağı olması və qiymətlərin dövlət tərəfindən tənzimlənməsi daxili bazarın qlobal qiymət dalğalanmalarından qorunmasına imkan verir.
"Bu baxımdan, qlobal bazarlarda dizelin bahalaşmasının Azərbaycanda avtomatik olaraq eyni miqyasda qiymət artımına səbəb olması gözlənilmir", – deyə deputat vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirili

Məktəbli forması niyə vacibdir?

Məktəblərdə vahid geyim formasının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Müzakirələr zamanı əsas diqqət yalnız məktəb qaydalarına riayət olunmasına deyil, eyni zamanda şagirdlər arasında maddi imkanlardan qaynaqlanan fərqləri

"Bir az dadım, görüm xarabdırmı?" – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ

Son günlər evdə hazırlanan və konservləşdirilən qida məhsullarınınsatışını həyata keçirən şəxslərdən sertifikat tələb olunacağı ilə bağlı müxtəlifiddialar yayılıb. Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyini

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır

Barmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?. Əslində, həyatı

Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar

Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib. xəbər verir ki, Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəli

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini

17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Bu gün – 17 sentyabr Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür. xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib. O bildirib ki, Ümumdüny


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeberler butun xeberler son xabarlar sou xeberler