TƏCİLİ: Bu halda Azərbaycan Ordusu Qafana daxil olacaq və Zəngəzur dəhlizinə özü nəzarət edəcək

TƏCİLİ: Bu halda Azərbaycan Ordusu Qafana daxil olacaq və Zəngəzur dəhlizinə özü nəzarət edəcəkErmənistanda parlament seçkiləri yaxınlaşdıqca, Paşinyan və revanşistlər arasında ciddi rəqabət yaranır. Belə ki, hakimiyyət uğrunda savaş rəqibləri bir-birinə qarşı "kozır" və "kompramat"lardan istifadəyə sövq edir. Elə bunun nəticəsidir ki, son günlər Ermənistanda bir sıra gizli sənədlərin ortaya çıxdığına, revanşistlərin, hətta keşiş Qalstanyanın planlarına şahidlik edirik. Bu sənədlərdə Paşinyana qarşı çevriliş planından tutmuş, Azərbaycana yeni savaş iddialarına qədər hər şey əks olunub. Hərçənd, Nikol da boş oturmaqla və əbəs yerə zaman xərcləməklə məşğul deyil. O da rəqiblərinin Ermənistanı hansı vəziyyətə sürükləyə biləcəyi ilə bağlı erməniləri xəbərdar etməklə məşğuldur.
Ortaya çıxan gizli sənədlərin birində məhz bununla bağlı yeni iddialar əksini tapıb. Bildirilir ki, vaxtilə özünün "Qarabağ klanı" adlandıran revanşistlərin hakimiyyətə yenidən gəlməsi Ermənistanın bir dövlət kimi məhvi ilə nəticələnəcək. Sənədlərdə bir sıra faktlar da yer alır. Məsələn, revanşistlərin ən öncüllərindən olan Serj Sərkisyan və Robert Köçəryanın İrəvanda "kreslo"ya əyləşməsi sözsüz ki, Bakı ilə yeni müharibənin alovlanması demək olacaq. Bu barədə Paşinyan və onun tərəfdarları erməni ictimaiyyətini ciddi xəbərdar edir. Müharibədən məğlub çıxan, hərbi və iqtisadi potensialını itirən Ermənistan üçünsə, yeni savaş sözsüz ki məhv olmaq deməkdir. Bunu İrəvanda kiçikdən böyüyə qədər hər kəs yaxşı anlayır.
Digər tərəfdən, proseslər Paşinyanın hakimiyyətdən getməsi və revanşistlərin "taxta çıxması" ilə nəticələnsə, o zaman Azərbaycana qarşı istənilən həmlə daha böyük cavab zərbəsi ilə nəticələnəcək. Özü də Bakı bu dəfə Qarabağla kifayətlənməyəcək. Düz Qafana qədər irəliləyəcək və Zəngəzur dəhlizinə birbaşa özü nəzarət edəcək. Ortaya çıxan gizli sənədlərdə məhz bu məsələlər yer alıb. Təbii ki, Paşinyan müharibənin Ermənistan üçün hansı nəticələrə yol açacağını bildiyi üçün erməniləri xəbərdar etməyi özünə borc bilir və revanşistlərin hakimiyyətə gəlməsinin yolverilməzliyinə diqqət çəkir. Üstəlik, Nikol yaxşı anlayır ki. bu halda nə üz tutduğu Qərb və ABŞ, nə də Putin Rusiyası İrəvana yardım əli uzadacaq. Azərbaycanın iqtisadi və hərbi gücü isə göz önündədir və Ermənistan bunun 2020-ci ildə şahidi olub. Odur ki, Nikol Paşinyan və onun tərəfdarları ermənilərin doğru seçim edəcəyindən və revanşistlərə şans verməyəcəyindən əmindir. Bunun əksi, Ermənistanın məhvi demək olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 20 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər