TƏCİLİ: Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA - Manatı nələr gözləyir?
Son dövrlərdə qlobal iqtisadi proseslər, enerji bazarlarında dəyişkənlik və regionda baş verən hadisələr fonunda Azərbaycanda milli valyutanın taleyi yenidən müzakirə mövzusuna çevrilib.
Xüsusilə, əhali arasında "devalvasiya olacaqmı?" sualı aktuallaşıb.
Maraqlıdır, indiki şəraitdə devalvasiya riski gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırda devalvasiya riski aşağı səviyyədə qiymətləndirilir.
"Cari ildə manatın dəyərdən düşməsi üçün ciddi iqtisadi əsaslar müşahidə olunmur. Bu il ən azı devalvasiya riski aşağıdır. Tamamilə olmayacağını demək düzgün olmaz, çünki iqtisadiyyatda hər zaman gözlənilməz amillər mümkündür. Amma hazırkı şəraitdə bunun üçün ciddi səbəb yoxdur".
Ekspert qeyd edib ki, ölkənin valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu da manatın sabitliyini qoruyan əsas faktorlardan biridir.
"Valyuta ehtiyatlarımız yetərlidir. Eyni zamanda neftin qiymətində artım müşahidə olunur. Bu isə ölkəyə daxil olan valyuta axınını artırır və ümumi makroiqtisadi sabitliyi gücləndirir.
Risk varsa belə, bu, çox aşağı səviyyədədir və genişmiqyaslı narahatlıq üçün əsas yoxdur".
Beləliklə, mövcud iqtisadi göstəricilər və enerji bazarındakı müsbət dinamika fonunda yaxın perspektivdə Azərbaycanda devalvasiya ehtimalı minimal qiymətləndirilir. Lakin ekspertin də vurğuladığı kimi, qlobal iqtisadi dəyişikliklər fonunda vəziyyət daim diqqətdə saxlanılmalıdır.
Aynurə İsmayıl
KONKRET.az

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu