TƏCİLİ: İran "Hörmüz"lə bağlı QƏRAR VERDİ: ABŞ ŞOKDA
ABŞ və İran arasında davam edən danışıqlarda Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran ABŞ-ın dəniz blokadasının mərhələli şəkildə aradan qaldırılması müqabilində Hörmüz boğazını tədricən açmağa razılaşıb.
Bununla yanaşı, Tehran nüvə obyektlərinin sökülməsindən imtina edib. Eyni zamanda uranın zənginləşdirilməsinə ABŞ-ın tələb etdiyi 20 illik fasilə əvəzinə daha qısa müddətli moratorium irəli sürüb.
İran həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə verilməsinə razı olub. Lakin Tehran danışıqların uğursuz olacağı halda həmin ehtiyatların geri qaytarılmasına zəmanət tələb edir.
Təklifdə qeyd olunur ki, nüvə məsələləri üzrə yekun razılıq yaxın 30 gün ərzində əldə edilməlidir.
Digər tərəfdən, Tasnim yazır ki, Tehran Vaşinqtondan bütün sanksiyaların ləğvini, cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazına İranın nəzarətinin tanınmasını tələb edib.
Xüsusilə, ABŞ Maliyyə Nazirliyinin İran neftinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması istənilib.
Sənəddə qeyd olunur ki, ilkin razılaşma imzalandıqdan dərhal sonra ABŞ-ın dəniz blokadası dayandırılmalıdır.
Xatırladaq ki, aprelin 8-dən etibarən ABŞ və İran arasında atəşkəs rejimi qüvvədədir. Tərəflər bu müddət ərzində yekun sülh sazişi üzərində razılığa gəlməyə çalışırlar. Uranın zənginləşdirilməsi məsələsi isə tərəflər arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqton sonda İranın zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmağa nail olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK