TƏCİLİ! Türkiyə İrana xəbərdarlıq etdi: Azərbaycana qarşı…
Türkiyə İranı öz ərazisi istiqamətində yeni raketlərin buraxılmasının yolverilməz olduğu barədə xəbərdar edib. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi nazirlər toplantısından sonra açıqlama verib.
KONKRET.azxəbər verir ki, nazir İranın qonşu ölkələrlə münasibətlərində daha məsuliyyətli davranmalı olduğunu bildirib. Onun sözlərinə görə, üçüncü ölkələrə hücum strategiyası ciddi səhvdir və regionda gərginliyi daha da artırır.
"Üçüncü ölkələrə hücum strategiyası çox yanlış yanaşmadır. Bu gün ABŞ, İsrail və İran arasında davam edən müharibəni dayandırmaq üçün bütün diplomatik təmaslarımızı davam etdiririk. Digər tərəfdən, Türkiyəyə və qardaş Azərbaycana yönəlmiş hücumlar zamanı Türk Dövlətləri Təşkilatı güclü dəstək və həmrəylik nümayiş etdirdi", – deyə Hakan Fidan vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, regionda sabitliyin qorunması üçün ölkələrin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürütməsi vacibdir. Onun sözlərinə görə, Türkiyə diplomatik kanallar vasitəsilə gərginliyin azaldılması və münaqişənin dayandırılması istiqamətində səylərini davam etdirəcək.nocomment.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq