Təhsil eksperti: "Əməkhaqqının az olması keyfiyyətli işləməmək üçün səbəb deyil
Təhsil eksperti: "Əməkhaqqının az olması keyfiyyətli işləməmək üçün səbəb deyil"
Dövlət qurumunda, xüsusilə dövlət təhsil müəssisələrində çalışan işçilər keyfiyyətli nəticənin olmamasını əməkhaqqının az olması ilə əlaqələndirirlər.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov "Facebook"da paylaşıb.
O bildirib ki, əməkhaqqı ən vacib faktordur, amma bunun günahkarı şagirdlər deyil.
"Misal üçün, məktəb psixoloqları 250-300 manat əmək haqqı alır. Bəli, bu məbləğə heç nə etmək mümkün deyil. Amma bu işləməmək, yəni keyfiyyətli işləməmək üçün səbəb deyil. Əməkhaqqı qane etmir? Zəhmət olmasa, çıx işdən. Ancaq şagirdlərini bədbəxt etmə.
İşinin öhdəsindən layiqincə gəlməyə çalışanlar və gələnlər var, lakin onlar çox azdır.
Mən bütün məktəblərin sosial şəbəkə səhifələrini, internet saytlarını axtardım, nə motivasiya məqaləsi, nə psixoloji test, nə də stimul verici araşdırma tapa bildim.
Amma o ştat vahidini tutanlar sosial şəbəkələrdə qalaq-qalaq təriflər yazıb, paylaşımlar edirlər.
Nazirliyin hansına əməkdaşı canlı yayım edəndə girib şərhlərə "filan məktəbin psixoloqu, salam" yazırlar.
Mən bütün çatışmazlıqların günahını psixoloqlarda görmürəm. Təhlükə böyükdür. Hər kəs daşın altına əlini qoymalıdır. Yoxsa mənim əmək haqqım azdır deyib, kənara çəkilmək olmaz.
Məktəb direktorlarının şəkil çəkdirməkdən başları ayılsa, internet resurslarına nəzarət edərdilər", - ekspert bildirib. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib
Yulian Naqelsmann Almaniya millisindən getdi
"Kəpəz"ə yeni rəhbər seçildi
Ərdoğan Meloni ilə danışdı