Təhsil naziri məktəblərdə istilik sistemindən danışdı: "Söndürülüb, yandırılması televiziya pultu kimi deyil
"Ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib".
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, digər məktəblər odun yanacağı və sair vasitələrlə qızdırılır:
"Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Noyabrın 15-də 67 məktəbdə istiliklə bağlı problem vardısa, bu rəqəm indi 20-ə qədər endirilib. Bu proses davam edir. Hər hansı bir məktəbdə qəza ola bilər. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir".
O qeyd edib ki, ötən il tədris fasilələrlə davam etdiyi üçün hər bir dövr istilik sistemində problem yaradırdı:
"İstilik sisteminin söndürülüb, yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır".
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR